Baş qərargah rəisi yol qəzasında öldü -YENİLƏNDİ - \VİDEO
Bizi izləyin

Dünya

Baş qərargah rəisi yol qəzasında öldü -YENİLƏNDİ - \VİDEO

46 yaşlı Bobokalonov bu postu 2014-cü ilin yanvarında tutmuşdu.

Tacikistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi Zərif Bobokalonov paytaxt Düşənbə mərkəzində baş verən yol-nəqliyyat qəzasında həlak olub.

Publika.az xəbər verir ki, “İnterfaks” agentliyi bu haqda respublika Müdafiə Nazirliyindəki mənbəyə istinadən bildirir.

İlkin məlumatlara görə, evə gedən general-mayor qəzaya düşən avtomobilin sükanı arxasında olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “RİA-Novosti”yə bildiriblər ki, Bobokalonovda kəskin ürək çatışmazlığı olub. Yol-nəqliyyat hadisəsindən sonra onu xəstəxanaya aparıblar, amma general xəstəxanaya çatdırılanda artıq ölübmüş.

46 yaşlı Bobokalonov bu postu 2014-cü ilin yanvarında tutmuşdu.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm