Dünya
“Müsəlman Qardaşların işini bitirəcəyəm”
Misirdə Prezident seçkilərinin ən güclü namizədi olaraq göstərilən keçmiş Baş Qərargah rəisi Sisi seçkiöncəsi vəd verib:
“Müsəlman Qardaşların Misirdə mövcudluğuna son qoyacağam”. Bu barədə Misirdə prezidentliyə namizəd Abdul –Fattah Xəlil Əs-Sisi CBC və ONTV yerli televiziya kanallarına müsahibə verərkən bildirib. "Prezident olsam, Misirdə Müsəlman Qardaşları olmayacaq", - deyə o bəyan edib.
Əs- Sisi Müsəlman Qardaşlarını özü bitirməyəcəyini, bunu Misir xalqına həvalə edəcəyini də əlavə edib. 2013-cü ildə seçki yolu ilə seçilən ilk Misir prezidenti Məhəmməd Mursini vəzifədən uzaqlaşdıran və hərbi idarənin başına keçən Əs - Sisi, verdiyi ilk müsahibəsində hərbi idarəni ələ keçirməsini də izah edib.
Onun sözlərinə görə, bu addımı atarkən, nə şəxsi ambisiyaları, nə də siyasi məqsədləri olmayıb. "Bu ölkənin əhalisini və gələcəyini qorumaq üçün kimsə nə isə etmək imkanına malikdirsə, onu dəstəkləmək lazımdır", - deyə, Əs – Sisi bildirib. Xatırladaq ki, Hərbi rəhbərlik Müsəlman Qardaşlarını terror təşkilatı olaraq elan edib.
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO