Yunanıstan-Türkiyə müharibəsi: CİA mümkün nəticələri açıqladı
Bizi izləyin

Dünya

Yunanıstan-Türkiyə müharibəsi: CİA mümkün nəticələri açıqladı

"Vaxt Yunanıstanın əleyhinə işləyəcək".

Vaşinqton Yunanıstan və Türkiyə arasında müharibə ssenarilərinə daim baxırdı.

Publika.az militaire.gr internet nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) məxfilikdən çıxarılmış sənədlərində deyilir.

“CİA-nın sənədlərindən birinə 24 may 1988-ci il tarixi qoyulub. Orada deyilir ki, amerikalılar Egey dənizində və Kiprdə müharibə ssenarilərini daim öyrənirdilər. 37 səhifəlik sənəddə deyilir ki, Egey dənizində güc balansı 1992-ci ilə qədər davam edəcək və daha sonra Türkiyənin xeyrinə dəyişəcək. Amerikalılar 1984-cü ildə inanırdılar ki, Yunanıstan-Türkiyə müharibəsi hər iki tərəf üçün böyük itkilərə gətirib çıxaracaq. Mövcud hərbi balans müharibənin qarşısını alan ən etibarlı səbəb idi”, - deyə nəşr yazıb.

Bildirilir ki, Yunanıstan-Türkiyə müharibəsinin ABŞ və NATO üçün ciddi nəticələri ola bilərdi. Bu halda, ittifaqın müdafiəsi cənubi-şərq cinahında tamamilə zəiflənə bilərdi.

Sənəddə deyilir ki, Türkiyə çox böyük orduya malikdir, amma gücün xeyli hissəsi daxili təhlükələrin qarşısını almağa xidmət edir. Türklər yazırdılar ki, Yunanıstan tərəfdən təhdid hiss etmirlər. Əksinə, qeyd edilir ki, yunanlar, xüsusilə 1974-cü ildən sonra Türkiyəyə diqqəti artırıblar.

CİA-nın əməkdaşları 1974-cü ildəki Kipr əməliyyatlarına görə, bütün məsuliyyəti 1967-1974-cü illərdə Yunanıstanda hakimiyyətdə olmuş xuntanın tərəfdarlarının üzərinə qoyurlar.

“Sənəddə belə nəticə çıxır ki, vaxt Yunanıstanın əleyhinə işləyəcək. Amerikalılar iki ölkənin iqtisadi göstəricilərini müqayisə edərək göstərdilər ki, Yunanıstan qızğın silahlanma yarışına girə bilmir”, - deyə nəşr yazıb.

CİA-nın sənədlərinə görə, Yunanıstan və Türkiyə arasında hər hansı böhran Yunanıstan üçün vəziyyəti daha pisləşdirəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm