ABŞ “Armata”nın analoqunu hazırlamağa başladı
Bizi izləyin

Dünya

ABŞ “Armata”nın analoqunu hazırlamağa başladı

M1A2 SEP v4 versiyası Rusiyanın “Arnata” T-14 tankının analoqu olacaq.

Amerika ordusunun əsas tankı olan “Abrams” tankının yeni versiyasının hazırlanmasına başlanılıb.

Publika.az topwar.ru saytına istinadən xəbər verir ki, M1A2 SEP v4 versiyası Rusiyanın “Arnata” T-14 tankının analoqu olacaq.

M1A2 SEP v4 əvvəlki versiya ilə müqayisədə 20 faiz daha yüngül olacaq. Tankın eyni zamanda aktiv müdafiə və lazer silahı ilə təmin olunan pilotsuz təyyarələrlə təchiz edilməsi nəzərdə tutulur. Tank yüngül 120 millimetr kalibrli XM360 lüləsi ilə təchiz ediləcək. XM360 bütün mövcud və perspektivli döyüş sursatlarını tətbiq etməyə qadirdir.

Tank öz xüsusiyyətlərini dəyişdirən universal mərmilərlə atəş aça biləcək. Tankın lüləsi dəqiqəyə 200 mərmi ata biləcək. Yüksək dəqiqlikli döyüş sursatları və pilotsuz uçuş aparatları piyada qoşunu məhv etməyə imkan verəcək.

2020-ci illərin ortalarına kimi birinci prototipin sınaqlara təqdim edilməsi nəzərdə tutulur. Növbəti illərdə hərbi texnikaya son şəkil veriləcək. 2030-cu illərin ortalarında “Abrams”la tədricən əvəz edilən tankın seriya istehsalı başlanacaq.

Qeyd edək ki, Qərb ölkələri Rusiyanın “Armata” T-14 tankını təqdim etməsindən sonra onun analoqlarının yaradılması üzərində işləri sürətləndiriblər. “Üçüncü dünya müharibəsinin tankı” adlandırılan T-14 Rusiya müdafiə sənayesinin mühüm imic layihəsi və 1991-ci ildə SSRİ-nin dağılmasından sonra hazırlanmış ilk tankdır. Tank 125 mm-lik yivsiz topla təchiz olunub, tankın qülləsi məsafədən idarə olunur. Qərb tankları ilə müqayisədə o daha manevrlidir və digər qoşun birləşmələri ilə qarşılıqlı əlaqə üçün bütün zəruri texnika ilə təchiz edilib. Burada əsas məqam setesentrik müharibələrin aparılmasıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm