Dünyanı bir neçə saatda məhv edə biləcək: SAATLAR QALDI
Bizi izləyin

Dünya

Dünyanı bir neçə saatda məhv edə biləcək: SAATLAR QALDI

Bu çantada strateji nüvə silahlarının kodları var.

Vaşinqtondakı tarixi təhvil-təslim mərasimində “nüvə futbol topu - nuclear football'” adlandırılan qara çanta yeni prezident Donald Trampa veriləcək.

Publika.az xəbər verir ki, bu mərhələdən sonra bir saat ərzində milyonlarla insanı öldürə biləcək bir əmri vermək səlahiyyətinə sahib tək insan Tramp olacaq.

Vaşinqtondakı Konqres binasında təşkil edilən təhvil-təslim mərasimində prezident Barak Obamaya adsız və tanınmayan bir hərbçi yoldaşlıq edəcək. O, qara çantanı daşıyacaq. Bu çantada strateji nüvə silahlarının kodları var. Yeni prezident bu kodların necə aktivləşəcəyini daha sonra öyrənəcək. Ancaq Tramp and içərkən adsız hərbçi və çanta yavaşca onun tərəfinə keçəcək.

Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun ( İİSS) silahsızlanma proqramının direktoru Mark Fitzpatrik deyir ki, nüvə hücumunu həyata keçirmək üçün yeganə səlahiyyətli prezidentdir. Prezidentin bu səlahiyyətinə nəzarət edəcək bir mexanizm yoxdur. Ancaq dövlət başçısının belə tarixi bir qərarı təkbaşına qəbul edəcəyi inandırıcı deyil. Prezident nüvə silahından istifadə olunması barədə əmr verərsə, müdafiə naziri konstitusiyaya görə əmri yerinə yetirmək məcburiyyətindədir.

Nəzəri baxımdan müdafiə naziri prezidentin əqli vəziyyətinə şübhə edərək əmri yerinə yetirməkdən imtina edə bilər. Ancaq bu itaətsizlik anlamına gəlir. Bu halda prezident naziri vəzifəsindən kənarlaşdıra və vəzifəni müdafiə nazirinin köməkçisinə verə bilər.

Prezident şəxsiyyət vəsiqəsini plastik bir kartla baş komandan olaraq təsdiqlədikdən sonra hər vaxt yanında olan “nüvə futbol topu”nu açır. Çantanın içində hücum variantlarının yer aldığı “Qara Kitab” var.

Prezident uzun “menyu”dan bir hücum variantını seçdikdən sonra əmr Pentaqonun döyüş otağına çatdırılır. Ardınca möhürlü təsdiqləmə kodları ilə Nebraskadakı Offutt hava bazasındakı ABŞ Strateji Komandanlıq Mərkəzinə göndərilir. Əmr şifrəli kodlarla çatdırılır.

ABŞ və Rusiya iki ölkənin şəhərlərini bir neçə dəfə yox edəcək qədər nüvə arsenalına sahibdir. ABŞ-da yalnız Moskvaya tuşlanan 100 nüvə başlıqlı raketi var. İki ölkənin nüvə arsenalı bütün dünyadakı nüvə döyüş başlıqlarının 90 faizini təşkil edir.

2016-cı il sentyabr ayına olan məlumata görə, Rusiya qitələrarası ballistik raketlər (ICBM), sualtı gəmilərdən atılan ballistik raketlər (SLBM) və strateji bombalar olmaqla 1796 strateji döyüş başlığına malikdir. ABŞ-ın isə 1367 nüvə döyüş başlığı var.

Qurudan quruya atılan raketlərin Rusiya və ABŞ arasındakı uçuş müddəti 25-30 dəqiqə arasındadır. Sualtı gəmilərdən atılan raketlər üçün isə bu müddət 12 dəqiqəyə qədər düşə bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm