Bu silah kosmosda raketləri məhv edəcək - - FOTO
Bizi izləyin

Dünya

Bu silah kosmosda raketləri məhv edəcək - - FOTO

Bu silah kosmosda raketləri məhv edəcək

İsrail ordusunun silahlanmasına “Hes-3” (“Ox-3”) hava hücumundan müdafiə kompleksinin ilk batereyası daxil edilib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ölkənin Müdafiə Nazirliyi bildirib.

Kompleks yer atmosferindən kənarda ballistik raketləri məhv etmək qabiliyyətinə malikdir. “Hes-3” İsrailin “yuxarı eşelon” raket əleyhinə müdafiə sistemini gücləndirəcək. Kompleks effektiv potensial təhlükələrin bütün nomenklaturasının - Fələstin döyüşçülərinin əldəqayırma reaktiv mərmilərdən tutmuş İranın ballistik raketlərinə qədər hamısını zərərsizləşdirə biləcək.

Müdafiə Nazirliyinin xəbərinə görə, “Hes-3” bir il əvvəl keçirilən sınaq mərhələsində kosmosda raketləri zərərsizləşdirmək qabiliyyətini sübut edib. Kompleksin baş istehsalçısı “Taasiya Avirit” (IAI – Israel Aerospace Industries) İsrail konsernidir.

Ekspertlər hesab edir ki, “Hes-3”dən həmçinin anti-peyk silahı kimi istifadə oluna bilər.

“Hərbi Hava Qüvvələrinin operativ sisteminə “Hes-3” kompleksinin əlavə edilməsi dövlətin müdafiə imkanlarında sıçrayış olacaq”, - deyə Müdafiə Nazirliyi bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm