Göyərtəsində Ali Məhkəmənin hakimi olan təyyarə qəzaya düşdü
Bizi izləyin

Dünya

Göyərtəsində Ali Məhkəmənin hakimi olan təyyarə qəzaya düşdü

Göyərtəsində Ali Məhkəmənin hakimi olan təyyarə qəzaya düşdü.

Braziliyada göyərtəsində Ali Məhkəmənin üzvü olan təyyarə qəzaya uğrayıb.

Publika.az TASS-a istinadən xəbər verir ki, Braziliyanın Federal Ali Məhkəməsinin üzvü Teori Zavaskinin olduğu təyyarə Rio-de-Janeyro yaxınlığında dənizə düşüb. Təyyarədəki 4 sərnişinin taleyi barədə məlumat yoxdur.

Məlumata görə, hakim Teori Zavaski Braziliyanın icra və qanunverici orqanlarının Petrobras neft-qaz şirkətində korrupsiya əməllərində iştirakı ilə bağlı təhqiqatlar aparırmış.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm