Almaniya marixuananın tibbdə istifadəsini leqallaşdırdı
Bizi izləyin

Dünya

Almaniya marixuananın tibbdə istifadəsini leqallaşdırdı

Almaniya marixuananın tibbdə istifadəsini leqallaşdırdı.

Almaniya bundestaqının deputatları marixuananın tibbi məqsədlər üçün istifadəsi haqqında qanunu qəbul ediblər.

Publika.az xəbər verir ki, uzun müzakirələrdən sonra deputatlar hökumət tərəfindən 2016-cı ildə irəli sürülmüş qanuna yekdilliklə səs veriblər.

Məlumata görə, ağır xroniki xəstəliklərdən və kimyəvi terapiyanın fəsadlarından əziyyət çəkən xəstələrin marixuana ilə müalicəsi sığorta şirkətləri tərəfindən ödəniləcək. Qanuna əsasən, marixuana ilə müalicə yalnız həkim tərəfindən təyin edilə bilər. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm