“Reina” terrorçusunu qətliama o RAZI SALIB
Bizi izləyin

Dünya

“Reina” terrorçusunu qətliama o RAZI SALIB

Daha bir kritik şəxs deşifrə edilib.

Yeni il gecəsində İstanbulda “Reina” klubunda terror aktı törədən Abdulkadir Maşaripovla əlaqəsi olan daha bir kritik şəxs deşifrə edilib.

Publika.az “Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, kəşfiyyat mənbələri onun kod adının “Əbu Cihad” olduğunu bildirirlər.

İŞİD-də “əmirlik” vəzifəsində olan Əbu Cihadın Maşaripovu Türkiyəyə hücum üçün razı saldığı və hücuma hazırladığı deyilir. Maşaripovun Əbu Cihadla bir necə dəfə əlaqə yaratdığı müəyyən edilib.

Terrorçunun telefonunda Əbu Cihadla əlaqə yaratdığını göstərən mətnlər aşkarlanıb. Əbu Cihadın əsl kimliyi araşdırılır.

Deyilənə görə, Maşaripov polisə “uşağımı tapsanız, danışaram” şərtini irəli sürüb. Təşkilatda sürətlə yüksələrək “əmir köməkçisi” olan İŞİD terrorçusunun daha sonra bu “vəzifə”dən azad edildiyi deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm