Rusiya ötən ili ziyanla başa vurdu
Bizi izləyin

Dünya

Rusiya ötən ili ziyanla başa vurdu

Maliyyə Nazirliyi tərəfindən yayılan hesabatda bildirilir.

Rusiyada 2016-cı il dövlət büdcəsinin icrası 2,967 trln. rubl və ya 50,3 mlrd. ABŞ dolları həcmində kəsirlə tamamlanıb.

"Report"un "Gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Maliyyə Nazirliyi tərəfindən yayılan hesabatda bildirilir.

Hesabatda həmçinin qeyd olunub ki, büdcədə yaranan kəsirin həcmi ÜDM-in 3,5%-nə bərabər olub. Xatırladaq ki, keçən ilin əvvəlində Maliyyə Nazirliyi büdcə kəsirinin 2016-cı ilin sonunda ÜDM-in 3,9%-nə bərabər olacağını proqnozlaşdırırdı. Hesabata görə, Rusiya büdcəsinin gəlirləri 2016-cı ildə 13,459 trln. rubl (224 mlrd. dollar), xərcləri isə 16,426 trln. rubl (273 mlrd. dollar) təşkil edib.

Qeyd edək ki, Maastrix kriteriyalarına əsasən, büdcə kəsiri ÜDM-in 3%-ni ötməməlidir. Bu kriteriyalar 1991-ci il dekabrın 9-10-da Avropa İttifaqı (Aİ) ölkələri üçün qəbul olunmuş normativ şərtlərdən ibarətdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm