Donald Tramp Ağ Evə daxil oldu
Bizi izləyin

Dünya

Donald Tramp Ağ Evə daxil oldu

Onları Barak Obama və xanımı Mişel Obama qarşılayıb.

Vaşinqtonda ABŞ-ın 45-ci prezidenti Donald Trampın andiçmə mərasiminə hazırlıqlar başlanıb.

APA-nın xəbərinə görə, Donald Tramp və həyat yoldaşı Melaniya Tramp artıq Ağ Evə daxil olub.

Burada onları Barak Obama və xanımı Mişel Obama qarşılayıb.

Prezidentliyinin sonuncu günü Obama “Tvitter” hesabında “Sizlərin xidmətinizdə olmaq şərəfli işdir, sizlər mənə daha yaxşı lider və daha yaxşı insan olmaq imkanı verdiniz. Hər zaman bir vətəndaş olaraq yanınızda olacağam”, deyə bildirib.

Qarşılanma mərasimində B.Obama D. Trampa “Sizi görmək çox xoşdur” deyə müraciət edib, təbriklərini çatdırıb.

Qeyd edək ki, bu gün ABŞ-ın 45-ci prezidenti Donald Trampın andiçmə mərasimi keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm