Tramp: “Mən bu qırğına son qoyacam”
Bizi izləyin

Dünya

Tramp: “Mən bu qırğına son qoyacam”

Tramp: “Mən bu qırğına son qoyacam”.

"ABŞ digər ölkələrə öz həyat tərzini qəbul etdirməyəcək, onlara nümunə olmaq istəyəcək".

APA-nın məlumatına görə, bu barədə ABŞ-ın 45-ci prezidenti Donald Tramp inauqurasiya mərasimində çıxış edərkən deyib.

“ABŞ başqa ölkələri müdafiə edərək, öz sərhədlərini qoruya bilməyib. Cinayətkarlıq, quldurluq və narkotiklər amerikalıların həyatlarına təhlükədir, mən bu qırğına son qoyacam”, deyə D.Tramp bildirib.

Tramp həmçinin dünyada radikal terrorçuluğa son qoyacağına söz verib. Bununla belə o, hazırda ABŞ ordusunun acınacaqlı vəziyyətdə olduğunu vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm