Vaşinqtonda qarışıqlıqlara görə 90-dan çox adam saxlanıldı
Bizi izləyin

Dünya

Vaşinqtonda qarışıqlıqlara görə 90-dan çox adam saxlanıldı

Bunlar ABŞ prezidenti Donald Trampa etiraz edənlərdir.

ABŞ-ın paytaxtı Vaşinqtondakı qarışıqlıqlarda iştirak etdiyi üçün 90-dan çox adam saxlanılıb.

Publika.az xəbər verir ki, bunlar ABŞ prezidenti Donald Trampa etiraz edənlərdir.

Qeyd edək ki, şəhər mərkəzindəki qarışıqlıqlar nəticəsində iki polis əməkdaşı xəsarət alıb. Etirazçılar asayiş keşikçilərinə butılka və zibil atıblar. Polis onlara gözyaşardıcı qazla və səsli qumbaralarla cavab verib.

Toqquşmalar inauqurasiya paradının keçdiyi On ikinci küçədə və L-strit ərazisində baş verib.

Qeyd edək ki, Vaşinqtonda ABŞ-ın 45-ci prezidenti Donald Trampın inaqurasiyası keçirilib. (Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm