Cəhənnəmə gedən YOL: Rəqib QİSASA HAZIRLAŞIR
Bizi izləyin

Dünya

Cəhənnəmə gedən YOL: Rəqib QİSASA HAZIRLAŞIR

Bu, əvvəlki dünya nizamının həlak olduğunu göstərir.

Barak Obama prezident müddətini başa vurdu. Şoumen milyarder Donald Tramp ölkənin 45-ci prezidenti kimi Ağ Evdə səlahiyyətlərinin icrasına başladı.

“Gallup” ümumdünya sorğu təşkilatnın məlumatlarına əsasən, amerikalıların 58 faizi Obamanın öz vəzifəsinin öhdəsindən yaxşı gəldiyini hesab edir. Ancaq siyasilər və ekspertlər səviyyəsində əsas fikir ondan ibarətdir ki, ABŞ-ın 44-cü prezidenti praktik olaraq xarici siyasətin bütün istiqamətlərdə, həm də daxili siyasətdə müvəffəqiyyətsizliyə uğradı.

ABŞ-ın ilk qaradərili lideri niyə məyusedici nəticələrlə Ağ Evi tərk edir?

Publika.az lenta.ru-ya istinadən Barak Obamanın 8 illik prezidentlik müddətinin yekununu təqdim edir.

“Xoş niyyətlərlə cəhənnəmə döşənən yol”. Bu ifadə ABŞ-ın 44-cü prezidenti Barak Obamanın işinə uyğun gəlir. O, Amerikanı içəridən yeniləməyə, onun iqtisadiyyatını və cəmiyyətini sağlamlaşdırmağa, həmçinin kiçik Buşun prezidentliyi illərində ABŞ-ın sarsılan beynəlxalq mövqelərini möhkəmləndirməyə çalışırdı. Ancaq nəticədə Obama faktiki olaraq ABŞ-ın ən böyük müvəffəqiyyətsizliyinin və ölkə tarixinin ən böyük məğlubiyyətinin şahidi oldu.

Prezidentliyin əvvəlində Obama Yer kürəsində ən məşhur insanlardan biri idi.

İlk qaradərili prezident ABŞ-ın yenilənməsinin simvolu, Amerika xəyalının reallıqları idi. Kiçik Corc Buş lazımsız müharibələrlərlə amerikalıları təngə gətirmişdi.

Obama az qala məsih kimi görünürdü. Amma sonda Obamanı ABŞ-ın ən müvəffəqiyyətsiz liderlərindən biri hesab etdilər.

Oval kabinetə daxil olan Obama anti-böhran planını qəbul etdi və reallaşdırdı, iqtisadiyyatı sağlamlaşdırdı, seksual azlıqların diskriminasiyasının qarşısının alınmasına yönəlik bir sıra əhəmiyyətli qanunların qəbuluna təşəbbüs etdi, liberal miqrasiya qanunvericiliyi ilə qeyri-leqal miqrantlara ABŞ-da öz vəziyyətini legitimləşdirməyə imkan yaratdı, “Obamacare” adlandırılan səhiyyə islahatına nail oldu.

O, Buşun hərəkətləri nəticəsində ölkənin beynəlxalq mövqeləri və nüfuzuna dəyən zərərin aradan qaldırılmasına çalışırdı. Obama Amerika hegemonluğunu möhkəmləndirməyi və ABŞ-ın dəyərlərinə uyğun olaraq dünyanı transformasiya etməyi nəzərdə tuturdu. Onun hakimiyyətə gəlişi Avropa və Asiyadakı müttəfiqlərin əksəriyyət ilə ABŞ-ın münasibətlərini yaxşılaşdırdı. Əsas beynəlxalq oyunçularla - Rusiya və Çinlə strateji əməkdaşlıq şəbəkəsini qurmağa çalışdı. Obama Quantanamo həbsxanasını bağlamaq niyyətini bəyan etdi. Prezident Praqada icrası mümkün olmayanı bir gözəl bir ideyanı elan etdi: nüvə silahı olmayan dünya. O, məsuliyyətli lider kimi Amerikanın nüfuzunu yüksəltdi. Obama Buşun müdaxiləçi siyasətini rədd etdi, daha çox realist xarici siyasət kursunu həyata keçirməyə başladı: hərbi müdaxilələr vasitəsilə demokratiyanın yayılmasından açıq imtina etdi, insan hüquqları və demokratiyalar məsələləri üzrə Rusiyaya yönəlik tənqidləri azaltdı. Eyni zamanda Ukrayna və Gürcüstanın NATO-ya girişi haqqında məsələni dondurdu və hətta 2010-cu ildə postsovet məkanında Rusiyanın təsir dairəsini de-fakto tanıdı.

Ancaq sonradan hər şey dəyişdi.

Səhiyyə və miqrasiya islahatları, başqa liberal addımlar ABŞ-ı daxildən daha da parçaladı. Onun prezidentliyinin demək olar ki, bütün müddəti ərzində demokratlar və respublikaçılar razılaşa bilmirdilər. Razılaşmalar isə böyük çətinliklərlə mümkün olurdu. Bir sıra əhəmiyyətli məsələlər - büdcə kəsiri və dövlət borcunun azaldılması yolları, SNV-3 müqaviləsinin təsdiqi və İranın nüvə proqramı üzrə sazişlə Obama məğlubiyyətini hazırladı: respublikaçılar əvvəl Konqresdə, 2016-da prezident seçkilərində qalib gəldilər. Nəticədə bu gün Obamanın əsas “uşaqları” olan miqrasiya və səhiyyə islahatları da daxil olmaqla siyasi mirasının sökülməsi “fillərin” yalnız arzusu deyil, həm də bunun üçün yaxşı imkan yaranıb.

Xarici siyasətdə Obamanın prezidentliyinin nəticələri də arzu edilməzdir. Çin və Rusiya ilə münasibətlərdə yaxınlaşma baş tutmadı. Ukrayna böhranını şişirdərək Avropada ən kəskin münaqişəni yaratdı. Rusiyaya qarşı sərt sanksiyaları tətbiq etdi, eyni zamanda Çinin iqtisadi və hərbi güclənməsinin qarşısının alınması siyasəti həyata keçirdi. Nəticədə Qərbə alternativ qlobal (BRİKS, ŞOS,) institutlar güclənməyə başladı. Sanksiyalar Ukrayna, Suriya və Vaşinqtonu qıcıqlandıran başqa məsələlər barəsində Moskvanın siyasətini dəyişdirə bilmədi.

Obama dövründə ABŞ Yaxın Şərqdə də bir sıra məğlubiyyətlər yaşadı. Obama Buşun başladığı müharibələru qurtarmağa söz versə də, bu alınmadı. Əfqanıstanda müharibə indiyə qədər davam edir və vəziyyət günbəgün daha da pisləşir. İraqdan qoşunların çıxarılması İŞİD-in yaranmasına gətirib çıxardı və bu, öz-özlüyündə Amerikanın nüfuzuna zərbə oldu.

“Ərəb baharı” zamanı da Yaxın Şərqdə Amerikanın nüfuzuna böyük zərbə dəydi.

Obama administrasiyası xarici siyasətdə realist yanaşmadan çəkildi. Prosesin gedişatını düzgün analiz edə bilmədi. Nəticədə ABŞ çıxmaq istədiyi regionda yenidən batmağa başladı. Obama dövründəki ABŞ Yaxın Şərqdə hətta kiçik Buşun ABŞ-ından daha az məsuliyyətli siyasəti həyata keçirməyə başladı. Buş dövründə ABŞ rejimləri devirir, heç olmasa dağıdılmış rejimlərin əvəzinə yeni institutları qurmağa çalışırdı. İndi isə Vaşinqton devrilən hakimiyyətlərin taleyi üçün hər hansı məsuliyyətdən imtina edir.

Eyni zamanda Obama 2011-cidə Suriya prezidenti Bəşər Əsəddən hakimiyyətdən getməsini tələb etdi və hətta ABŞ-ın ona qarşı hərbi gücü tətbiq edəcəyini bildirdi. Amma Obama öz vədlərini yerinə yetirmək üçün addımlar atmadı. Suriya barəsində həyata keçirilən yarımtədbirlər siyasəti vətəndaş müharibəsini uzadır və beynəlxalq terrorizmi qidalandırırdı. Amma bu, Əsəd devrilməsinə gətirib çıxarmadı. Nəticədə, nəinki regionda Obamanı ciddi qəbul etməməyə başladılar, həm də amerikaların müttəfiqləri özlərinə yeni partnyorları axtarmağa başladılar.

Rusiyanın Suriya münaqişəsinə müdaxiləsi Obama üçün əsl alçalma oldu.

O, yalnız Əsəd rejiminin devirilməsi imkanı deyil, həm də Suriya məsələsinin nizama salınmasında Amerikanın liderliyini itirdi. Və budur, ABŞ-ın NATO üzrə partnyoru olan Türkiyə bu məsələdə Vaşinqtonla deyil, Moskva ilə razılaşmağa üstünlük verir.

Əlbəttə, Obama administrasiyasında danılmaz xarici siyasət müvəffəqiyyətləri də var.

Bu, İranın nüvə proqramı üzrə saziş, Kuba ilə münasibətlərin bərpası, Hindistanla yaxınlaşma, Avropa və Asiyada əsa müttəfiqlərin ABŞ-ın ətrafında birləşdirilməsi və Trans-Sakit Okean Əməkdaşlıq sazişidir. Ancaq heç bir zəmanət yoxdur ki, yeni administrasiya onun mirasının bu hissəsinin üstündən xətt çəkməyəcək. Seçkiqabağı kampaniyada məhz Donald Tramp bunu edəcəyinə söz verib.

Trampın özünün seçilməsi Obamanın əsas məğlubiyyətidir.

45-ci prezident öz sələfinin tam ziddiyyətidir. Trampın qələbəsi Amerika dəyərləri və qlobal liderliyin əvəzedilməzliyi haqqında ideyalara əsaslanan əvvəlki dünya nizamının həlak olduğunu göstərir. Obama bu sistemi qorumağa və gücləndirməyə çalışırdı.

Tramp administrasiyası Amerikanın geosiyasi mövqelərinin zəifləməsini dayandıra biləcəkmi? Nəzəri olaraq, bəli. Amerika ən tez uyğunlaşan və çoxşaxəli iqtisadiyyata, ən istedadlı və zəhmətkeş xalqa, ən güclü silahlı qüvvələrə və xüsusi əlverişli coğrafi mövqeyə malik böyük ölkədir. Trampda alınacaqmı, hələ aydın deyil: 2016-cı ildə uduzmuş ABŞ-ın siyasi isteblişmenti təslim olmaq niyyətində deyil və Tramp üçün maksimum sayda problemlər yaradaraq qisasa hazırlaşırlar. Görünür ki, müasir dünyada ABŞ-ın yeri ətrafında əsas döyüşlər hələ irəlidədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm