Trampdan 4 faizlik VƏD
Bizi izləyin

Dünya

Trampdan 4 faizlik VƏD

Hədəfinin 4 faiz olacağını deyib.

ABŞ-ın yeni prezidenti Donald Tramp ölkəyə rəhbərlik edəcəyi dövrdə iqtisadi artım hədəfinin 4 faiz olacağını deyib.

Publika.az-ın “Bloomberg”ə istinadən xəbərinə görə, Tramp deyib ki, gələcək 10 il müddətində Amerikada 25 milyon yeni iş imkanı yaranacaq. Ölkə 4 faizlik artım hədəfinə geri qayıdacaq. Trampın tətbiq edəcəyi bu strategiya daha aşağı vergi nisbətləri və daha az tənzimləməni ehtiva edir.

Tramp tətbiq edəcəyi ticarət siyasətinə isə Trans-Pasifik Ortaqlığını sonlandıraraq başlama fikrindədir. O, bir tərəfdən də Şimal Amerika Sərbəst Ticarət Razılaşmasını yenidən müzakirə edəcəyini söyləyib.

Qeyd edək ki, ABŞ iqtisadiyyatı 2009-cu ildən bu tərəfə 2.1 faizlik iqtisadi artım nümayiş etdirib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm