Tramp Oval kabinetdə ilk bunu etdi
Bizi izləyin

Dünya

Tramp Oval kabinetdə ilk bunu etdi

Tramp Oval kabinetdə dəyişikliklər edib.

ABŞ prezidenti Donald Tramp Oval kabinetdə dəyişikliklər edib.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp Uinston Çörçillin ( Böyük Britaniyanın 61-ci baş naziri, 10 may 1940 – 27 iyul 1945) büstünü yenidən Oval kabinetə qoyub.

Ənənəyə əsasən, ABŞ-ın hər yeni prezidenti vəzifəyə başlayanda iş kabinetində dəyişikliklər edir. Tramp pərdələri, xalça və bəzi şəkilləri əvəz edib, həmçinin Ağ Evin başqa yerində qoyulan Çörçillin büstünü geri gətirib.

Büst Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyr tərəfindən ABŞ-ın 43-cü prezidenti kiçik Corc Buş tərəfindən hədiyyə edilmişdi. Ancaq 2009-cu ildə Barak Obamanın inaqurasiyasından sonra büst Kinq Martin Lüterin büstü ilə əvəz olunmuşdu. Nəticədə Obama ingilislərə hörmətsizlikdə ittiham olunaraq bəzi mühafizəkarlar tərəfindən tənqid edilmişdi.

Qeyd edək ki, ABŞ-ın 45-ci prezidenti Donald Trampın inaqurasiya mərasimi dünən keçirilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm