Taksidən istifadədə YENİ QAYDA: Minən kimi 4 manat ödəniləcək
Bizi izləyin

Dünya

Taksidən istifadədə YENİ QAYDA: Minən kimi 4 manat ödəniləcək

500 metr belə hərəkət etdikləri halda minimum 4,2 manat ödəməli olacaqlar.

Bu gündən İstanbulda (Türkiyə) taksidən istifadə ilə bağlı yeni qayda qüvvəyə minib.

Publika.az “Report”a istinadən xəbər verir ki, İstanbul şəhər bələdiyyəsinin təsdiq etdiyi qaydaya əsasən, taksiyə minənlər üçün minimum ödəniş məbləği müəyyən edilib.

Belə ki, taksi ilə 2,5 km-dən az məsafə qət edən sərnişinlərə “mindi-düşdü” tarifi tətbiq ediləcək. Bu tarifə görə, onlar taksi ilə 500 metr belə hərəkət etdikləri halda minimum 8,7 lirə (4,2 manat) ödəməli olacaqlar.

2,5 km-dan artıq məsafələr üçün isə xidmət haqqı hər km-ə 2,1 lirə (1 manat) olmaqla hesablanacaq. Bu məbləğin üzərinə, həmçinin taksometrin açılması qiyməti – 3,45 lirə (1,7 manat) də əlavə ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm