Dünya
Tehran FACİƏSİ: Ölənlərin sayı 25-ə çatdı
Tehranda "Plasko" ticarət mərkəzinin yanğından sonra çökməsi nəticəsində 25 nəfərin həlak olduğu təsdiqlənib.
APA-nın Tehran bürosunun məlumatına görə, həlak olanlardan 16-sı yanğınsöndürəndir, digərləri yerli sakinlərdir.
Hazırda ticarət mərkəzində vəziyyət kritik həddədir, hadisədən iki gün keçməsinə baxmayaraq, uçqun altında qalanların olduğu ehtimal edilir. Xilasedicilər tunellərlə girə bilməyib. Dağıntılar altından iki nəfərin cənazəsi çıxarılıb.
Ticarət mətkəzindəki dükan sahiblərinə milyonlarla dollar ziyan dəyib və minlərlə insanın işsiz qalıb.
Bu gün İran prezidenti Həsən Ruhani və spiker Əli Laricani hadisə yerində olublar.
Qeyd edək ki, İran Nazirlər Kabinetinin qərarı ilə bu gün (şənbə) Plasko qurbanlarının xatirəsinə hörmət əlaməti olaraq İranda matəm günü elan olunub.
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama
-
İdman12:20
Onun ilk çılpaq fotosessiyanın pulunu Maradona ödəyib - FOTOLAR
-
İqtisadi gündəm12:05
Bayram günlərində bu şəxslərə əlavə pul veriləcək