• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

“Putin səbri daşa bilər və biz ehtiyatsızlığımız üçün...” - Xəbərdarlıq

  • Dünya
  • 6 May 2014 12:39
  • 1 339 Baxış
“Putin səbri daşa bilər və biz ehtiyatsızlığımız üçün...” - Xəbərdarlıq

Rusiya Ukraynanın Avropanın orbitinə keçməməsi üçün Maydan hadisələrinə qədər iqtisadi və siyasi təzyiqin bütün formalarından istifadə etdi. Moskva Kiyevə başgicəlləndirən iqtisadi və siyasi perspektivlər təklif etdi. Viktor Yanukoviç hakimiyyəti bu təklifləri qəbul də etdi. Maydan hadisələrinin yekunu ilə yeni qüvvələrin hakimiyyətə gəlməsi isə sözügedən təzyiqlər və təkliflərin nəticə vermədiyini göstərdi. Hakimiyyətə gələn Maydan qüvvələrinin Moskvaya münasibəti demək olar ki, düşmən münasibəti idi.

İqtisadi və siyasi təzyiqlərin nəticə vermədiyini görən Rusiya bundan sonra daha təcavüzkar siyasətə başladı. Ölkənin şərq regionlarında separatizm Rusiya tərəfindən açıq şəkildə dəstəklənir və burada Rusiya xüsusi xidmət orqanlarının olması heç kimdə şübhə doğurmur. Rusiya Ukraynanın təhlükəsizlik gücləri ilə vuruşan və daşına bilən raketlərlə belə təhciz olunan separatçıları “federasiyalaşmanın tərəfdarları” adlandırır. Elə Moskvanın irəli sürdüyü həll planında yer alan müddəalardan biri də Ukraynanın federalaşması, mərkəzi hakimiyyətin səlahiyyətlərinin azaldılmasıdır.

Publika.az – ın verdiyi xəbərə görə, Fransanın “Le Monde” qəzeti də Ukrayna böhranı ilə bağlı dərc etdiyi yazısında ölkənin federallaşması məsələsinə toxunub.

Qeyd edilir ki, Ukraynanın federasiya halına salması sülh üçün yeganə zəmanətdir. Həmin yazıdan bəzi hissələri təqdim edirik.

Putin bacarıqlı və təcrübəli siyasətçidir

Viktor Yanukoviçin hakimiyyətdən devrilməsindən sonra Krıma Moskvanın gizli hərbi müdaxiləsi həyata keçirildi. Yarımadanın rusdilli əhalisi referendumda faktiki olaraq Rusiyaya birləşməyə səs verdi. Yalnız Krım tatarları onları dəstəkləmədi. Rusiyanın Krıma müdaxiləsinə Qərb sərt bəyanatlarla cavab verdi və söz verdi ki, Rusiyanı iqtisadi sanksiyalarla dayandırmağa məcbur edəcək.

Putin ABŞ-ın Suriyaya müdaxiləsinin qarşısını məharətlə kəsdi. Bu isə onun bacarıqlı və təcrübəli siyasətçi olduğunu göstərdi. Bundan başqa, Ukraynaya onun indiki təzyiqi yerli silahlı dəstələr vasitəsilə həyata keçirilir. Bu da onu göstərir ki, o, ehtiyatla, addım-addım qarşıya qoyulmuş hədəfə doğru irəliləyir. Hansı ki, bu hədəf də bizə hələ aydın deyil. Amma ola bilər ki, o, Ukrayna dövləti və Qərbin müqavimətini, davranışlarını yoxlayır. Paradoksal bir vəziyyətdir ki, ən güclü dövlət, yəni ABŞ bu gün geri çəkilir. Obamanın sərt bəyanatları onun həvəssizliyi və laqeydliyini çox pis gizlədir.

Münaqişənin kəskinləşməsi ən pis nəticə ehtimalını artırır

Fələstin-İsrail münaqişəsi və Suriyadakı vətəndaş müharibəsi fonunda gec-tez hamı başa düşür ki, münaqişənin kəskinləşməsi hər iki düşərgənin vəziyyətini pisləşdirir, bütün prosesdə mənfi nəticəsini verir.

Qorxular var ki, Qərbin hərbi acizliyi fonunda iqtisadi sanksiyaların effektiv olması Putin Rusiyasını işğal macərasına itələyə bilər. Həm də belə bir addım ölkənin daxilində onun reytinqini olduqca qaldıra bilərdi. Rusiyanın xarici işlər naziri Ukraynanın federasiya halına salması barədə təklifin qəbulu yeganə çıxış yolu olardı ki, ölkə qərb və şərqə bölünmüş olmasın, Avropa İttifaqı və Rusiyanın arasında əsl körpü olsun.

Moskva 2008-ci il Gürcüstan müharibəsindən sonra həqiqətən də çar Rusiyasının sərhədlərinin bərpası üzrə ekspansiya ambisiyalarını hərəkətə gətirib. Hər halda Rusiya Polşa və Baltikyanı ölkələrə qəsd etməyə risk etməyəcək. Hərçənd, bu respublikaları da rusdilli azlığa xüsusi status verməyə məcbur edə bilər.

Şərqin və Qərbin arasında bağlayıcı vasitə

Əgər münaqişə kəskinləşərsə, o halda prezident Putin səbri daşa bilər və biz ehtiyatsızlığımız üçün əvəz ödəyə bilərik. Beləliklə, hər iki tərəf vahid federal Ukraynanın mövcudluğuna ehtiyacı hiss edir. Hansı ki, vahid federal Ukrayna Şərq və Qərb arasında körpü ola bilərdi.

Gələcəkdə belə bir razılığın Yaxın Şərqdə də əldə edilməsi mümkündür. Bu Suriyadakı vətəndaş müharibəsi, Fələstin-İsrail münaqişəsi, sünni-şiə qarşıdurması fonunda xüsusilə əhəmiyyətlidir. Bu razılaşma həm də İranın nüvə proqramı üzrə əldə olunan razılaşmanı möhkəmləndirməyə kömək edər və İranın beynəlxalq cəmiyyətə qayıdışına imkan yaradardı.

Bütün bunlar Ukrayna məsələsinin tarazlaşdırılmış həllindən asılıdır.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR