Trampın ilk 100 gündə görəcəyi işlər...
Bizi izləyin

Dünya

Trampın ilk 100 gündə görəcəyi işlər...

İlk 100 gündə beş kritik qərar qəbul etməli olacaq.

ABŞ Prezidenti Donald Tramp vəzifə müddətinin ilk 100 günündə beş kritik qərar qəbul etməli olacaq. Xarici və daxili siyasətdə sələfi Barak Obamadan xeyli həll edilməmiş problemi təhvil alan Tramp seçgiqabağı kampaniyada verdiyi vədləri də yerinə yetirməlidir.

Publika.az xəbər verir ki, yeni prezidentin xarici siyasətdə ilk işi Rusiya ilə münasibətlərə aydınlıq gətirmək olacaq. Tramp bundan əvvəl rəsmi Moskva ilə dost əlaqələri quracağını demişdi. Rusiya tərəfi də əlaqələrin normallaşmasında maraqlıdır. Çünki gündən-günə geriləyən ölkə iqtisadiyyatı, sanksiyalar Kreml rəhbərini daha yumşaq addım atmağa vadar edir.

Bütün bunları nəzərə aldıqda, Putin-Tramp görüşünün ilk 100 gündə keçiriləcəyi təxmin edilir.

Tramp seçki kampaniyasında cinayət törətmiş milyonlarla miqrantı ölkədən qovacağını demişdi. Mütəxəssislər bu qədər əmək qabiliyyətli insanın ölkədən getməsinin iqtisadiyyata mənfi təsir edəcəyini desə də, ilk 100 gündə bu mövzuda ciddi addımların atılacağı gözlənilir.

Bununla yanaşı, Meksika ilə sərhədə divar hörmək təklifi də gündəmə gələ bilər.

Paytaxt Vaşinqtonda korrupsiya hallarına son qoyacağını deyən Tramp müxtəlif qütblərdə yer almış iri şirkət rəhbərləri və siyasi qruplaşmaların siyasətə təsirini azaltmağı planlaşdırır. Bu istiqamətdə də yeni addımların atılacağı təxmin edilir.

Trampın masası üzərində duran ilk məsələlərdən biri də Kanada və Meksika ilə imzalanan Şimali Amerika Sərbəst Ticarət Anlaşmasının yenidən müzakirə edilməsidir. Ayrıca, prezidentlikdən əvvəl biznesmen olan Tramp avtomobil və digər sənaye investisiyalarının ölkəyə yatırılmasını hədəfləyib.

ABŞ-ın Paris İqlim Konfransından çıxacağını açıqlayan yeni prezident yenilənən enerji qaynaqlarına yatırılan investisiyanın azaldılacağını deyib. Bundan başqa o, ölkənin neft ehtiyatlarını da açacağını bildirib. (Axar.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm