Daşqın 4 min adamı evindən didərgin saldı
Bizi izləyin

Dünya

Daşqın 4 min adamı evindən didərgin saldı

27 məktəb bağlanıb.

Malayziyanın Trenqqanu ştatında daşqınlar səbəbindən 27 məktəb bağlanıb, təxminən 4 min nəfər təxliyə edilib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu səbəbdən 5,8 min nəfərdən çox məktəbli və 681 müəllim tədrisi yarımçıq kəsib.

Məlumata görə, Besut əyalətində 1398, Xulu Trenqqanuda 1386, Setiuda 1070 və Kemamanda 144 nəfər təxliyə edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm