Obamanın qardaşını işdən qovdular
Bizi izləyin

Dünya

Obamanın qardaşını işdən qovdular

Obamanın qardaşını işdən qovdular

ABŞ-ın birinci ledisi Mişel Obamanın qardaşı Kreyq Robins işdən azad olunub.

Avropa.info-nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Oreqon univeristetinin basketbol komandasının baş məşqçisi olan Robins müqaviləsinin bitməsinə 3 il qalmış vəzifədən kənarlaşdırılıb. Onun vəzifəsindən azad olunmasına səbəb isə komandanın son dövrlərdə pis təsir bağışlamasıdır.

Qeyd edək ki, komanda rəhbərliyi Kreyq Robinsi işdən müqaviləsinin bitmədən azad etməsinə görə 4 milyon dollar təzminat ödəməli olacaq.

Komandanın azarkeşləri isə Robinsin işdən azad olunmasına sevindiklərini bildiriblər və qeyd ediblər ki, məşqçi Mişel Obamanın qardaşı olmasaydı vəzifəsindən çoxdan azad edilərdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm