Yəməndə toqquşma: 1 sutkada 66 nəfər öldü
Bizi izləyin

Dünya

Yəməndə toqquşma: 1 sutkada 66 nəfər öldü

Silahlı toqquşmalara havadan da dəstək verilib.

Yəmənin qərbində husilərlə hərbçilər arasında son sutka ərzində baş vermiş silahlı toqquşmalarda 60-dan çox insan həlak olub.

"Report"un məlumatına görə, bu barədə "France Presse" təhlükəsizlik xidməti orqanına və tibb işçilərinə istinadən xəbər verib.

Məlumata görə, qarşıdurmalar ölkənin qərbində qeydə alınıb. Agentliyin xəbərində bildirilir ki, Səudiyyə Əərbistanının başçılıq etdiyi ərəb koalisiyasının Moha şəhərinə endirdiyi hava zərbələri nəticəsində 66 nəfər həlak olub.

Bununla yanaşı, husilər və onların müttəfiqləri, eks prezident Əli Abdulla Salehinin tərəfdarları arasında ölənlərin sayı 52 nəfərə çatıb.

Silahlı toqquşmalara havadan da dəstək verilib. Əməliyyatlar zamanı hökumət qüvvələri də itki verib: - 14 ölü.

Qeyd edək ki, Yəməndə silahlı toqquşmalar 2014-cü ildən davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm