Astanada müzakirə başa çatdı
Bizi izləyin

Dünya

Astanada müzakirə başa çatdı

Astanada Suriyaya dair danışıqların detallarının müzakirəsi başa çatıb.

Qazaxıstanın paytaxtı Astana şəhərində Suriyaya dair danışıqlar ərəfəsində Rusiya, Türkiyə və İranın nümayəndə heyətlərinin müzakirəsi başa çatıb.

Publika.az "İnterfax"a istinadən xəbər verir ki, danışıqlar 5 saat yarımdan çox davam edib. Rusiya və İranın ikitərəfli formatda davam etmiş 15 dəqiqəlik görüşünə sonradan Türkiyə nümayəndəsi də qatılıb. Müzakirələrdə hər 3 ölkədən bir nəfər iştirak edib.

Daha əvvəl bildirilirdi ki, tərəflər görüşdə Suriya danışıqlarının iştirakçılarına təqdim ediləcək sənədi hazırlamağa hazırlaşırlar.

Suriya danışıqlarına dair beynəlxalq görüş Astanada, yanvarın 23-də başlayacaq. Danışıqların 2 gün davam edəcəyi bildirilir.

Artıq Qazaxıstanın paytaxtına Rusiya, İran və Türkiyənin nümayəndələri, habelə BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Misturi gəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm