Ticarət mərkəzində atışma - Ölən və yaralananlar var
Bizi izləyin

Dünya

Ticarət mərkəzində atışma - Ölən və yaralananlar var

Hadisə ilə əlaqədar bir nəfərin saxlanıldığı bildirilir.

ABŞ-ın San-Antonio şəhərində (Texas ştatı) ticarət mərkəzində naməlum şəxslər atəş açıb.

APA-nın xəbərinə görə, bu barədə NBC telekanalı məlumat verib.

İlkin məlumata əsasən, insident nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

Hadisə ilə əlaqədar bir nəfərin saxlanıldığı bildirilir. Hazırda ticarət mərkəzinin ətrafı polis tərəfindən əhatəyə alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm