Dünya
Vaşinqtonun Türkiyədən ŞOK TƏLƏBİ: sərhədin 20 kilometrini...
Türkiyə ordusu və Azad Suriya Ordusunun (ASO) Suriyanın şimalında həyata keçirdiyi “Fərat Qalxanı” hərəkatına kifayət qədər dəstək verməyən ABŞ və onun başçılıq etdiyi koalisiya gücləri Türkiyəni döyüş meydanında tək qoyub.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ Türkiyənin terror təşkilatı kimi tanıdığı YPG-yə (PKK terror təşkilatının Suriyadakı qanadı – red.) böyük miqdarda silah-sursat çatdırıb.
Vaşinqton türk əsgərinin sərhədin 20 kilometr dərinliyini keçməməsini tələb edir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Əl Babdan sonra Rakka və Münbiçin hədəf olacağını bildirməsi, həmçinin YPG ilə bağlı bəyanatları ABŞ-ı təşvişə salıb.
Məlumata görə, ABŞ nəinki İŞİD terror təşkilatını vurur, həmçinin təşkilatla əlaqədar əldə etdiyi kəşfiyyat məlumatlarını türk əsgərindən gizləyir.
“Yəni, kəşfiyyat məlumatlarının paylaşması yoxdur. Halbuki Türkiyə əldə etdiyi hər məlumatı koalisiya qüvvələrinə ötürür. Rusiya ilə kəşfiyyat paylaşması ABŞ-dan daha çox”, - deyə türkiyəli bir səlahiyyətli vurğulayıb.
Ömər Dağlı
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA