Prezidentliyə namizəd Kiyevi Moskvanın qarşısına atdı
Bizi izləyin

Dünya

Prezidentliyə namizəd Kiyevi Moskvanın qarşısına atdı

“Ukraynanın yeri Avropa İttifaqı və NATO deyil”.

“Ukraynanın yeri Avropa İttifaqı və NATO deyil”.

Publika.az xəbər verir ki, bunu Fransa prezidentliyinə namizəd, ölkənin sabiq baş naziri Fransua Fiyon “Le Monde” qəzetinə müsahibəsində deyib.

O, Ukraynanın NATO-ya girişini arzu edən siyasətçilərin bəyanatlarını məsuliyyətsizlik adlandırıb. Fiyon hesab edir ki, Rusiya ilə münasibətlər Avropanın gələcəyi üçün strateji məsələdir.

“Bu münasibətləri bərpa etmək lazımdır. Bizə Rusiya sərhədində raket əleyhinə müdafiə sistemini inkişaf etdirmək niyə lazım idi? Biz çox səhv buraxdıq. Biz Rusiyanı daha səmərəli mövqelərə qaytara bilərikmi? Bilmirəm, amma bunu yoxlamaq son dərəcə vacibdir”, − deyə Fiyon bildirib.

Siyasətçi hesab edir ki, Avropanın müdafiə ittifaqını yaratmaq lazımdır. Onun fikrincə, ABŞ-ın siyasəti NATO-nu islam totalitarlığına qarşı istifadə etməkdir. Prezidentliyə namizəd ABŞ-ın Yaxın Şərqdə səhvlər buraxdığını vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm