Dünya
Azərbaycandan göndərilən hədiyyə Trampın başına bəla oldu - - FOTO
“Citizens for Responsibility and Ethics in Washington” (CREW) hüquq müdafiəçiləri qrupu ABŞ prezidenti Donald Trampa qarşı məhkəmə iddiası hazırlayır.
Publika.az “New York Times” nəşrinə istinadən xəbər verir ki, prezident ölkə Konstitusiyasını pozmaqda ittiham olunur.
Hüquq müdafiəçiləri hesab edirlər ki, Tramp Konstitusiyanın müddəalarına riayət etmir. Bildirilir ki, ölkənin əsas qanunu dövlət başçısı olan şəxslərə xarici hökumətlərdən mükafatlar və ödəmələri qəbul etməyi qadağan edir.
Nəşr qeyd edir ki, hüquq müdafiəçiləri qrupu hər hansı pul kompensasiyasında maraqlı deyillər. CREW prezidenti mehmanxanalar və qolf klublardan gələn gəlirdən məhrum etməyə, həmçinin başqa dövlətlərin nəzarəti altında olan banklardan maliyyələşdirməyə mane olmağa çalışır.
Bildirilir ki, Donald Tramp öz şirkətləri ilə biznes əlaqəsini kəsmədiyi müddətdə konstitusiyanı pozmuş olacaq. Digər ölkələrin Trampa məxsus "Trump Tower"də, onun Vaşinqtondakı "Old Post Office" otelində yer icarəyə götürüdüklərini və buna böyük məbləğdə pul ödədiklərini deyən hüquqşünaslar götürülən pulu rüşvət hesab edilrlər. Onların sözlərinə görə, bu pul prezidentin qərarlarına təsir edə bilər.
Qeyd edək ki, inaqurasiya mərasimi ilə əlaqədar Trampa dünyanın bir sıra ölkələrindən, o cümlədən Azərbaycandan hədiyyə göndərilib.Azərbaycanlı xalçaçı Dağlar Səfərov 45-ci prezidenti Donald Trampın xalça üzərində portretini hazırlayıb. Xalça inaqurasiya mərasimindən bir gün sonra – yanvarın 21-də Ağ Evə göndərilib.
Ömər Dağlı
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama
-
İdman12:20
Onun ilk çılpaq fotosessiyanın pulunu Maradona ödəyib - FOTOLAR