Ukraynaya son 3 gündə 250 “Putinin turisti” daxil olub – İddia
Bizi izləyin

Dünya

Ukraynaya son 3 gündə 250 “Putinin turisti” daxil olub – İddia

Ukraynaya son 3 gündə 250 “Putinin turisti” daxil olub – İddia

Ukraynaya son 3 gündə 250 “Putinin turisti” daxil olub – İddia

Ukraynaya son 3 gün ərzində Dnestryanı ərazidən turist adı altında 250-yə qədər turist daxil olub.

Publika.az – ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “İnformasiya Müqaviməti Qrupu”nun koordinatoru, Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Dmitri Timçuk “facebook” səhifəsində bildirib.

“Bizim məlumatlarımıza görə, Ukrayna ərazisinə Dnestryanı ərazidən son 3 gün ərzində 250 “Putinin turisti” daxil olub. Onların məqsədi ölkəmizin cənub regionlarında qeyri-stabil vəziyyət yaratmaqdır. Qeyri-stabilliyin pik nöqtəsi 9 mayda nəzərdə tutulub”, - hərbi ekspert yazıb.

O, qeyd edib ki, Ukrayna xüsusi xidmət orqanları ekstremistlərin neytrallaşdırılması üçün tədbir görür.

Xatırladaq ki, hərbi ekspert Odessada çoxsaylı insanın ölümü ilə nəticələnən hadisə barəsində də maraqlı bir iddia irəli sürüb. O, şiddətli qarşıdurmaların arxasında Rusiyanın olduğunu bildirib.

“2014-cü ilin mart ayının əvvəllərindən aprelin sonuna kimi Rusiya hərbçiləri, kazaklar və radikal milliyyətçi təşkilatlarının nümayəndələrinin Dnestryanı əraziyə gəlməsi təsdiqlənib. Qrupumuzun Moldovadakı mənbələri aprelin ortalarında Rusiyadan Kişnyova, oradan isə Dnestryanı ərazisinə yola düşən qrupları müşahidə edib. İdmançı bədən quruluşuna sahib bu insanları Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları müşayiət edirdilər. Nəticədə Dnestryanı ərazisində mayın əvvəllərinə qədər təxminən 1700 Rusiya hərbi qulluqçusu və Federal Təhlükəsizlik Xidmətinin təxminən 2200 əməkdaşı cəmlənib”, - D.Timçuk “facebook” səhifəsində yazmışdı.

Ukrayna mətbuatı isə hərbi ekspertin yazdıqlarını müəyyən mənada təsdiq edəcək bir məlumat yayıb. Unian.net saytının yazdığına görə, yandırılan binada ölənlərdən 15-i Rusiya, 5-i isə “Dnestryanı Moldova Respublikası”nın vətəndaşı olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm