Sirli qutu, cinayətkarın nitqi... - Trampın inaqurasiyasından ən MARAQLI ANLAR - - FOTO
Bizi izləyin

Dünya

Sirli qutu, cinayətkarın nitqi... - Trampın inaqurasiyasından ən MARAQLI ANLAR - - FOTO

Amerika paytaxtının cəmi 4 sakini Trampa səs verib.

Yanvarın 20-də Donald Tramp rəsmən ABŞ prezidenti vəzifəsinə başladı. İnaqurasiya mərasiminə baxmaq üçün minlərlə insan gəldi. Hərçənd, KİV-in qeyd etdiyi kimi, tamaşaçılar gözləniləndən əhəmiyyətli dərəcədə az oldu. Bununla belə, mərasim bir sıra maraqlı hadisələrlə yadda qaldı.

Publika.az xarici KİV-ə istinadən inaqurasiya mərasimindən ən maraqlı anları təqdim edir.

Tamaşaçıların azlığı

CNN şəkil-slayderi dərc etdi. Slayderdə Barak Obamanın birinci inaqurasiya gününə gələn tamaşaçıların sayı ilə Trampın inaqurasiyasına gələnlərin sayı müqayisə olunurdu. Əgər 2009-cu ildə mərasimə bir milyondan çox insan toplaşmışdısa, Trampın inaqurasiyasında bu rəqəm 250 min idi (satılan biletlərə əsasən).

Bu halda unutmaq olmaz ki, 2008-ci il Vaşinqtonun əhalisinin böyük əksəriyyəti Obamaya səs vermişdi. CNN-in məlumatına görə, Amerika paytaxtının cəmi 4 sakini Trampa səs verib.

Trampın nitqi

Prezidentin nitqi bir çoxlarına “Betmen” filmindəki Beynin nitqini xatırlatdı. Trampın fikrincə, Vaşinqton elitası tərəfindən tutulmuş hakimiyyət, nəhayət xalqa qaytaracaqlar. Bir çoxları bildirirlər ki, nitqlər hərfən üst-üstə düşüb.

Mavi qutuda nə var idi?

Ağ Evə inaqurasiyaya gələn Melaniya öz sələfinə mavi qutunu hədiyyə etdi. Göründüyü kimi, hədiyyə protokolda nəzərdə tutulmamışdı. Mişel Obama bilmədi ki, qutuyla nə etsin, yaxınlıqda hədiyyələr üçün masa yox idi. Hətta fəxri qarovul yardıma tələsmədi.

Bugünkü inaqurasiyadan tək yaxşı an: “Mişel kameraya ifadə dolu baxışlarla baxır: O, mənə bu qutunu niyə verdi?”

“The New York Times” nəşri qutuya xüsusi araşdırmanı həsr edib. Aydın olub ki, qutu “Tiffany & Co” (“Tramp-tauer”lə qonşudur) zərgərlik mağazasındandır. Təəssüf ki, nəşr içində nə olduğunu müəyyənləşdirə bilməyib. Şirkətin rəsmi nümayəndəsi jurnalist sorğusuna cavab verməyib.

Prezidentin rəqsi

Donald Trampın inaqurasiya mərasimdən sonra xanımı Melaniya ilə rəqsi (kifayət qədər yöndəmsiz) günün ayrı əhəmiyyətli süjeti oldu. Tramp və xanımı ilk rəqs üçün Frank Sinatranın “My way” mahnısını seçmişdilər.

Başqa hörmətli qonaqlar

İnaqurasiya mərasimində 1600 hörmətli qonaq - senatorlar, Ali Məhkəmənin hakimləri, keçmiş prezidentlər və onların xanımları, həmçinin kiçik Corc Buş iştirak edirdi. Qonaqlar açıq tribunada otururdular. Yağış başlananda keçmiş prezident Buş plaşı geyinməyə çalışdı. Amma hər şey istədiyi kimi getmədi: Hillari Klinton plaşı tutdu, Bill Klinton ona kömək etdi.

Barak Obama Ağ Evlə vidalaşdı

Barak Obama inaqurasiya mərasimindən sonra tezliklə vertolyotla oradan ayrıldı. Onun Ağ Evə havadan baxışı günün əsas hadisələrindən idi.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm