Mosulun şərqi tamamilə azad edildi
Bizi izləyin

Dünya

Mosulun şərqi tamamilə azad edildi

Mosulun şərqi tamamilə azad edildi.

İraq təhlükəsizlik gücləri İraqın Mosul şəhərinin şərq hissəsini tamamilə nəzarət altına alıb.

Publika.az xəbər verir ki, bu haqda İraqın Müdafiə Nazirliyinə istinadən “Reuters” agentliyi bildirib.

Nazirlikdən verilən məlumata görə, İŞİD döyüşçülərini Dəclə çayının şərqində yerləşən son rayondan sıxışdırmaq mümkün olub.

Qeyd edək ki, İraqın ikinci böyük şəhərinin İŞİD-dən təmizlənməsi üçün əməliyyat 2016-cı il oktyabrın 17-də başlanıb. Əməliyyata ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın Hərbi Hava Qüvvələri dəstək verir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm