Tramp ABŞ-ı Obamanın müəllifi olduğu sazişdən çıxardı
Bizi izləyin

Dünya

Tramp ABŞ-ı Obamanın müəllifi olduğu sazişdən çıxardı

Saziş 12 ölkənin nümayəndələri tərəfindən imzalanıb.

ABŞ prezidenti Donald Tramp “Trans-Sakit Okean Əməkdaşlıq” (TTP) sazişindən ABŞ-ın çıxışı haqqında fərman imzalayıb.

Publika.az xəbər verir ki, bu haqda “Reuters” agentliyi bildirib.

Sözügedən saziş bir neçə il ərzində ABŞ-ın rəhbərliyi altında hazırlanıb və ötən ilin fevralında 12 ölkənin nümayəndələri tərəfindən imzalanıb. Saziş çərçivəsində Asiya-Sakit okean regionunda geniş azad ticarət zonasının yaradılmasını nəzərdə tutulurdu.

Əvvəlki prezident Barak Obama administrasiyası razılaşmaya Çinlə iqtisadi qarşıdurmada əsas ölçülərdən biri kimi baxırdı. Ancaq ABŞ Konqresi sənədi təsdiqləməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm