Braziliyada hotel partladı - Xəsarət alanlar var
Bizi izləyin

Dünya

Braziliyada hotel partladı - Xəsarət alanlar var

Partlayışa qaz sızması səbəb olub.

Braziliyanın Quaruja kurort şəhərində yerləşən hotellərin birində partlayış baş verib.

Publika.az xəbər verir ki, insident nəticəsində azı 2 nəfər xəsarət alıb.

İlkin versiyaya əsasən, partlayışa qaz sızması səbəb olub. Partlayışdan sonra baş verən yanğın söndürülüb. Yaralılar xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, okean sahilində yerləşən Quaruja Braziliyanın ən məşhur istirahət mərkəzlərindən biridir. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm