Avropada silah ticarəti: 245 nəfər saxlanıldı
Bizi izləyin

Dünya

Avropada silah ticarəti: 245 nəfər saxlanıldı

Avropada silah ticarəti ilə məşğul olan 245 nəfər saxlanılıb.

Bir sıra Avropa ölkələrində aparılmış əməliyyat zamanı silah ticarətində şübhəli bilinən 245 nəfər saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə İspaniyanın Mülki Qvardiyası məlumat yayıb.

"Bosphorus" əməliyyatında Avropanın 11 ölkəsindən olan hüquq-mühafizə orqanları əməkdaşları iştirak edib.

Ümumilikdə 664 ədəd silah, eyni zamanda 33 min 748 patron, əl qumbarası və səsboğucu götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm