Trampın “quduz köpəy”i ilk görüşünü onlarla etdi
Bizi izləyin

Dünya

Trampın “quduz köpəy”i ilk görüşünü onlarla etdi

ABŞ-ın yeni təyin olunan müdafiə naziri Ceymis Mettis bu vəzifədə ilk görüşlərə başlayıb.

ABŞ-ın yeni təyin olunan müdafiə naziri Ceymis Mettis bu vəzifədə ilk görüşlərə başlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, “quduz köpək” ləqəbi ilə tanınan Ceymis Mettis NATO-nun Baş katibi Yens Stoltenberqlə, Böyük Britaniyanın müdafiə naziri Mişel Fallonla və Kanadanın müdafiə naziri Harjit Sajjanla telefon görüşləri keçirib.

Telefon söhbəti zamanı Ceymis Mettis NATO-nun ABŞ üçün çox əhəmiyyətli olduğunu və rəsmi Vaşinqtonun Şimali Atlantika Alyansı ilə münasibətlərinin bundan sonra da qorunacağını söyləyib.

Amerikalı nazir ABŞ-ın müdafiəsinin Avropadan başladığını bəyan edib.

O, ingiltərəli həmkarı ilə telefon söhbəti zamanı isə ona təşəkkür edib: “Rəsmi London ilə Vaşinqton arasında hərb əməkdaşlıq mövcuddur. Bu gün Böyük Britaniya NATO-ya ciddi töhfə verir. Mən buna görə hörmətli həmkarım Mişel Fallona təşəkkür edirəm”.

Ceymis Mettis kanadalı həmkarına da təşəkkür edərək, ABŞ ilə Kanada arasında NORAD və NATO çərçivəsində dərin əməkdaşlıq əlaqələri qurulduğunu söyləyib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm