Astana danışıqları bitdi: Yekun bəyannamənin detalları - YENİLƏNDİ
Bizi izləyin

Dünya

Astana danışıqları bitdi: Yekun bəyannamənin detalları - YENİLƏNDİ

Müxalifət razılaşmır

Üç ölkə fevralın 8-də Cenevrədə keçiriləcək Suriya üzrə danışıqlara silahlı müxalifət qruplarının da qatılması və BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinin tətbiq olunmasına dair razılaşıblar.

Suriya müxalifəti isə birgə bəyanatdan razı qalmayıb. Müxalifət nümayəndələrindən biri İranın ölkədəki hərbi rolunu azaltmadığını bildirib.

***13:16

Türkiyə, Rusiya və İran Astanada Suriya üzrə danışıqların nəticəsinə dair birgə bəyanat verib. Birgə bəyanatı Qazaxıstan xarici işlər naziri Kayrat Abdrəhmanov oxuyub.

Açıqlamaya görə, Türkiyə, Rusiya və İran Suriyada atəşkəs rejiminin üçtərəfli mexanizmlə izlənilməsi və həyata keçirilməsi mövzusunda razılaşıb. Birgə bəyanatda Suriya böhranının həllinin olmadığı vurğulanıb. Bundan başqa, üç ölkə BMT-nin liderliyi ilə keçirilən Cenevrə müzakirələrini də dəstəklədiyini açıqlayıb.

*** 12:47

Astana danışıqlarda Suriya müxalifətinin nümayəndə heyəti atəşkəs rejiminin zaminləri olan ölkələrin (Türkiyə, Rusiya, Suriya) yekun rəsmi sənədini imzalamayacaq.

Publika.az xəbər verir ki, bu haqda Suriya müxalifətinin rəsmi nümayəndəsi Yəhya əl-Aridi bildirib.

“İmzalama olmayacaq. Zamin ölkələr - Rusiya, Türkiyə və İran mümkündür ki, sənədi sadəcə yayacaqlar. Təəssürat formalaşır ki, zamin ölkələr öz maraqları haqqında daha çox düşünürlər, nəinki Suriya xalqının maraqları haqqında. Biz barışığı saxlamaq istəyirik. Amma bunun üçün başqa tərəflər hər şeydən əvvəl Suriya xalqı haqqında düşünməlidir”, - deyə o, vurğulayıb.

SİTA-ya danışan mənbələr həmçinin bildiriblər ki, Suriyanın hökumət nümayəndələri tərəfindən də yekun sənədin imzalanması planlaşdırılmır.

BMT baş katibinin xüsusi nümayəndəsi Stefan de Mistura isə qeyd edib ki, tərəflər Astanada yekun sənədin uyğunlaşdırılmasına yaxındır.

Qeyd edək ki, bu gün Astanada Suriya üzrə danışıqların ikinci raundu keçirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm