“Mənim İlham Əliyevlə çox yaxşı münasibətlərim var”
Bizi izləyin

Dünya

“Mənim İlham Əliyevlə çox yaxşı münasibətlərim var”

“Mənin İlham Əliyevlə çox yaxşı münasibətlərim var”

“Son illər ərzində Gürcüstanın Azərbaycan və Türkiyə ilə əməkdaşlığı çox inkişaf edib”.

Publika.az “Online Georgia” saytına istinadən xəbər verir ki, bu sözləri Gürcüstan prezidenti Georgi Marqvelaşvili Tiflisdə keçirilən “2014 Tiflis sammiti” adlı beynəlxalq Forumun açılışında deyib.

Gürcüstan prezidenti qeyd edib ki, ölkəsinin son illər ərzində Azərbaycan və Türkiyə ilə əməkdaşlığı onu yaxşı mənada heyrətləndirir. O, Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Abdulla Güllə yaxşı münasibətlərinin olduğunu deyib.

“Türkiyədə məni çox mehribanlıqla qarşıladılar. Mən artıq İlham Əliyevlə iki dəfədir ki, rastlaşıram və biz bu görüşlərdən çox razı qaldıq”, - G.Marqvelaşvili söyləyib.

O, tədbirdə regionda həyata keçirilən iqtisadi layihələrin müzakirə olunacağını dilə gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm