“Lragir”: “Türkiyə və Azərbaycan Moskva ilə razılaşarsa…” – Şok iddia
Bizi izləyin

Dünya

“Lragir”: “Türkiyə və Azərbaycan Moskva ilə razılaşarsa…” – Şok iddia

“Lragir”: “Türkiyə və Azərbaycan Moskva ilə razılaşarsa, Ermənistan və Gürcüstan…” – Şok iddia

Xəbər verildiyi kimi, bu gün Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin iştirakı ilə Tiflisdə “2014 Tiflis sammiti” adlı Forum keçirilir. Ankara, Bakı və Tiflis üçbucağında keçirilən növbəti yüksək səviyyəli tədbir Ermənistanda da diqqətlə izlənilir.

Publika.az –ın verdiyi xəbərə görə, “Lragir” qəzeti Gürcüstanın Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan iqtisadi fayda götürdüyünü yazıb.

Tiflisin Ermənistanı regionda təcrid edən Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Qars kimi regional layihələrdə iştirak etdiyini qeyd edən erməni nəşri Tiflisin Türkiyə və Azərbaycandan götürdüyü iqtisadi xeyirlərdən razı qaldığını qeyd edib. “Bu ölkələr Gürcüstana çox sərmayə qoyurlar. Hakimiyyət dəyişikliyindən sonra hakimiyyətə gəlmiş Bidzin İvanişvili Bakı-Tiflis-Qars dəmir yolu layihəsini şübhə altına qoydu. Amma o, sonradan Bakıda oldu və qiymət məsələsində razılaşdılar”, - “Lragir” bildirir.

Erməni nəşri hesab edir ki, Gürcüstan yalnız Türkiyə və Azərbaycanın investisiyalarına yiyələnmir, həm də Türkiyə və Azərbaycana tədricən təslim olur. Amma qəzet Gürcüstanda Rusiya barəsində qorxuların hələ çəkilmədiyini yazır: “Tiflis ehtiyat edir ki, Rusiya ermənilərin kompakt yaşadığı Cavaxetiya bölgəsində təxribat törədə bilər”.

“Lragir” qəzetinin irəli sürdüyü bu iddia isə daha maraqlı görünə bilər: “Moskva hazırda Azərbaycan və Türkiyəni belə bir fikrə gətirməyə çalışır ki, Qərbi regiondan sıxışdırıb çıxarmaq üçün regionu bölünməsinə maneə olmazdı. Yüz il əvvəl region əsasən erməni torpaqları hesabına bölünmüşdü və bundan Gürcüstan da uddu. Amma Gürcüstanın özü indi piroqun bir hissəsi olub. Əgər Türkiyə və Azərbaycan Moskva ilə razılaşarsa, bölünmə yalnız Ermənistanı deyil, həm də Gürcüstanı əhatə edəcək”.

Qəzet həmçinin qeyd edir ki, sovet illərində yaranan İran-Ermənistan-Gürcüstan oxu daha perspektivli deyil: “Ermənistanın vassallığının rəsmiləşdiyi 3 sentyabrdan sonra bu ox tamamilə aradan qalxdı. Çünki, Ermənistanın indi müstəqil regional siyasəti keçirməyi bacarması şübhəlidir. Gürcüstan-Ermənistan-İran oxu Moskvanın maraqlarına cavab vermir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm