“Soyuq müharibə”: Kreml silahlanma proqramına dəyişiklik etdi
Bizi izləyin

Dünya

“Soyuq müharibə”: Kreml silahlanma proqramına dəyişiklik etdi

“Soyuq müharibə”: Kreml silahlanma proqramına dəyişiklik etdi

Ukraynada yaşanan hadisələr ABŞ və Rusiyanı “soyuq müharibə” dövründə olduğu kimi yenidən silahlanma yarışına sürükləyir.

Publika.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, ABŞ-ın raketdən müdafiə sistemi ilə Rusiyanı nəzarət altına almağa çalışdığı bir vaxtda Rusiya Qara və Aralıq dənizində yerləşdirdiyi döyüş gəmilərinin sayını artırır.

Rusiya Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlığı baş idarəsinin müdiri Sergey Koşelev ABŞ-ın Avropada raketdən müdafiə sistemi ilə əlaqədar fəaliyyətini davamlı şəkildə artırdığını və mövcud potensialın Rusiyanı hədəf aldığını söyləyib. “NATO güclərinin son dövrlər verdiyi bəyanatlar ittifaqın Rusiya əleyhinə fəaliyyətinin hər keçən gün artdığını təsdiq edir. NATO-dakı partnyorlarımız mütəxəssislər səviyyəsində məsələni müzakirə əvəzinə siyasi bəyanatlarla cavab verirlər”, - Rusiya Müdafiə Nazirliyinin rəsmisi Şimali Atlantika İttifaqını tənqid edib.

Moskvada 23-24 May tarixlərində keçiriləcək beynəlxalq təhlükəsizlik konfransında da ABŞ-ın Avropada qurmaq istədiyi raketdən müdafiə sistemi müzakirə ediləcək.

Rusiya müdafiə naziri Sergey Şoygu isə Qara və Aralıq dənizində hərbi gücünü artrmaq üçün fəaliyyətə başladıqlarını söyləyib. Sevastopolda yerləşən Qara dəniz donanmasının gücləndirilməsi üçün 3 milyard dollar ayrıldığını ifadə edən Şoygu federal proqram çərçivəsində 2020-ci ilə qədər Qara dəniz donanmasının güclənəcəyini dilə gətirib. O, yeni nəsil döyüş gəmilərinin Qara dəniz donanmasının istifadəsinə veriləcəyini deyib.

Krım və Sivastopolun Rusiyaya birləşdirilməsindən sonra yaranan yeni geosiyasi vəziyyəti dəyərləndirən S.Şoygu donanmanın inkişaf proqramında dəyişiklərin edildiyini bildirib. “Donanmada yeni hava hücumundan müdafiə sistemləri və əlavə piyada birlikləri yerləşdiriləcək. Yeni nəsil dənizaltı və döyüş gəmiləri də bu ilin sonuna qədər Qara dəniz donanmasının istifadəsinə veriləcək”, - rusiyalı nazir vurğulayıb.

Aralıq dənizində daim qalmağı planlaşdıran Rusiya bölgəyə daha 3 döyüş gəmisi göndərib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm