NATO: “Moskva qonşularının yolunu kəsməyə çalışır”
Bizi izləyin

Dünya

NATO: “Moskva qonşularının yolunu kəsməyə çalışır”

NATO: “Moskva qonşularının yolunu kəsməyə çalışır”

Şimali Atlantika İttifaqının (NATO) baş katibi Anders Foq Rasmussen hərbi alyansa üzv dövlətləri hərbi büdcələrin ixtisarını dayandırmağa çağırıb.

Publika.az xəbər verir ki, Almaniyada çıxan “Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibə verən baş katib Rusiyaya qarşı sərt ittihamlarla çıxış edib.

“Ukraynada olanlar Avropanı ayıltmalıdır. Daha eyni ruhda davam etmək olmaz. Müdafiə olunmaq pul tələb edir, amma müdafiəsizlik daha baha başa gələcək”, - Rasmussen bildirib.

NATO-nun baş katibi Ukrayna böhranını “dönüş anı” adlandırıb: “İkinci Dünya Müharibəsindən sonra ilk dəfə bir Avropa ölkəsi zorakı yolla özünə yeni əraziləri birləşdirir. Biz bunu Krımda gördük. Biz düşünürdük ki, bu keçmişin işidir. Amma bu iyirminci əsrin başlanğıcında baş verir. Rusiyanın hərəkətlərinin kökündə müəyyən hədəfə çatmaq dayanır. Rusiya məhz keçmiş SSRİ ərazisində nüfuz dairəsini bərpa etməyə çalışır. Moskva avroatlantik məkana qoşulmaq istəyən qonşularının yolunu kəsməyə çalışır”.

Hərbi ittifaqın rəhbəri bildirib ki, hər bir dövlətin bu və ya digər ittifaqlarla daxil olmaqla bağlı müstəqil qərar qəbul etmək hüququ var. “Rusiyanın özü ATƏT-in Təhlükəsizlik Xartiyasında əksini tapan bu hüququ tanıyıb”, - NATO-nun baş katibi deyib.

O, söyləyib ki, Rusiya Ukrayna ərazisində bundan sonra hərbi addımlara təşəbbüs edərsə, bu tarixi bir səhv olacaq: “Bu həqiqətən də Rusiya və Qərb münasibətləri üçün ciddi nəticələr doğuracaq. Çünki, sərt sanksiyalar Rusiya iqtisadiyyatına hiss olunacaq dərəcədə zərbə vuracaq. Söhbət hərbi ssenarilərdən getmir”.

Alman jurnalistin “Biz Rusiyanın Ukrayna ilə bağlı niyyətlərini bilmirik. Amma Rusiya yəqin bilir ki, NATO-nun hərbi reaksiyası olmayacaq. Siz hesab edirsiniz ki, bu ağıllı strategiyadır” sualına Rasmusssen belə cavab verib: “Hər nə qədər olsa da fərq var, dövlət NATO-nun üzvüdür, ya yox. Biz ittifaqın bütün üzvlərinin kollektiv təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edən konkret addımlar atırıq. Artıq Baltikyanı respublikaların hava məkanında patrul xidməti gücləndirmişik, hərbi təyyarələrimiz Polşa və Rumınıya üzərində kəşfiyyat uçuşları həyata keçirir. Biz həmçinin Qara və Baltik dənizlərində hərbi dəniz qüvvələrlərini gücləndirmişik. Bütün bunlar axı hərbi cavabdır”.

Rasmussen bununla belə hərbi alyansın hadisələrin inkişafının istənilən variantına hazır olduğunu deyib. “Bizdə müdafiə üçün bütün müvafiq planları var”, - o, söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm