PKK İranın konfederallaşmasını istəyir
Bizi izləyin

Dünya

PKK İranın konfederallaşmasını istəyir

PKK İranın konfederallaşmasını istəyir

Terror təşkilatı PKK-nın İrandakı silahlı qolu olan “Kürdüstan Azad Həyat Partiyası”nın (PJAK) yeni bir təşkilatı yaradılıb.

Publika.az –ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Şərqi Azadlıq Təşkilatı (KODAR) adlanan qurum kürd məsələsinin həlli üçün İranla siyasi dialoq aparacaq.

KODAR-ın yaradılması barədə bəyanat PJAK rəhbərliyi tərəfindən Kandil dağında təşkil edilən mətbuat konfransında verilib. Mətbuat konfransında KODAR-ın həmsədrlərinin Rezan Cavit və Zilan Tanya olacağı bildirilib.

İran üçün konfederal bir sistem nəzərdə tutduqlarını ifadə edən R.Cavit İrana qarşı silahlı mübarizə aparan PJAK-ı təmsil etdiyini və rejimə müxalif olan bütün qrupların KODAR-a qatıla biləcəyini dilə gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm