• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

İranda güclü partlayış: 2 ölü, 23 yaralı

  • Dünya
  • 7 May 2014 03:37
  • 374 Baxış
İranda güclü partlayış: 2 ölü, 23 yaralı

İranın Qəzvin vilayətində bir neçə nəfərin ölümü və onlarla adamın yaralanması ilə nəticələnən partlayış baş verib.

Partlayış Əlborz sənaye şəhərciyində yağ istehsalı zavodunda meydana gəlib. Belə ki, zavodun anbarında baş verən partlayış yanğınla müşayiət olunub.

Güclü yanğın 3 saat ərzində söndürülüb.

İlkin məlumatlara görə, partlayış zamanı 2 nəfər ölüb, 23 nəfər isə yaralanıb. Xəsarət alanların bir neçəsinin vəziyyəti ağır olduğundan paytaxt Tehrana yola salınıb.

Partlayışın səbəbləri açıqlanmır. /Ans/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR