ATƏT Ukrayna üçün “Yol xəritəsi”ni açıqladı
Bizi izləyin

Dünya

ATƏT Ukrayna üçün “Yol xəritəsi”ni açıqladı

ATƏT-i Ukrayna üçün “Yol xəritəsi”ni açıqladı

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə konfederasiyasının prezidenti Didye Burkxalter Ukrayna böhranının nizama salınması ilə bağlı “Yol xəritəsi”ni təklif edib.

Publika.az – ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə prezidentin hökumətin saytında dərc edilmiş çıxışında deyilir.

Didye Burkxalter qeyd edib ki, “Yol xəritəsi”nə 25 Mayda prezident seçkiləri və demərkəzləşdirmə ilə bağlı ümummilli referendumun keçirilməsi, geniş milli dialoqun başlanması, regionlarda “dəyirmi masalar”ın təşkili, tərəflərin Cenevrə bəyanatına sadiqliyin nümayiş etdirilməsi daxildir. Prezidentinin sözlərinə görə, hazırda Cenevrə bəyanatını (Ukrayna, Rusiya, ABŞ və Avropa Birliyi) imzalamış bütün tərəflərlə “Yol xəritəsi” üzrə konsultasiyalar keçirilir. O, ATƏT-in “Yol xəritəsi”nin reallaşdırılmasında aparıcı rolu üzərinə götürməyə hazır olduğunu deyib.

Didye Burkxalter həmçinin bildirib ki, ATƏT iyun ayının sonuna qədər Ukraynadakı müşahidəçilərin sayını 154-dən 300-ə qədər artıracaq.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel bazar günü telefon danışığında ilk növbədə ATƏT-in xətti ilə Ukraynada gərginliyin azaldılmasına yönələn, beynəlxalq tədbirlərin görülməsinin vacibliyini vurğulayıblar.

Didye Burkxalter isə Ukraynada vəziyyəti müzakirə etmək üçün bu gün Moskvaya gedəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm