Prezidentin keçmiş sevgilisi ilk dəfə müsahibə verdi
Bizi izləyin

Dünya

Prezidentin keçmiş sevgilisi ilk dəfə müsahibə verdi

ABŞ prezidenti Bill Klintonun keçmiş sevgilisi Monika Levinski 10 ildən sonra ilk dəfə olaraq müsahibə verib.

“Vanity Fair” jurnalına müsahibə verən Monika 1996-cı ildə baş verənləri təəssüflüklə qarşıladığını deyib. Levinski keçmiş prezidentlə qalmaqallı sevgi münasibətləri yaşadıqdan sonra iş tapmaqda çətinlik çəkdiyini də etiraf edib.

Levinskinin sözlərinə görə, ona 10 milyon dollardan da artıq mənfəət gətirə biləcək bir neçə təklifdən imtina etməli olub. İşəgötürən tərəf Monikaya kütləvi tədbirlərdə iştirak və mətbuatla əlaqə saxlaması kimi şərtlər qoyub. 40 yaşına çatan Levinski bu kimi sövdələşmələrdən tamamilə imtina edir. 10 il ərzində Monika jurnalistlərdən qaçıb. O, deyir ki, susması könüllü olub və buna görə Klinton ona heç bir ödəniş etməyib.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm