• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Saakaşvili: “Ukraynalılar, geri çəkilmək üçün sizə yer yoxdur"

  • Dünya
  • 7 May 2014 11:33
  • 877 Baxış
Saakaşvili: “Ukraynalılar, geri çəkilmək üçün sizə yer yoxdur"

“Rusiya geri çəkilməyə məcburdur, əks halda Putin hər şeyini itirəcək. Heç bir halda Ukrayna vətəndaşlarına geri çəkilmək olmaz, axı onlar hər şeyi itirə bilərlər”.

Publika.az – ın verdiyi xəbərə görə, bu fikirləri Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili “Facebook” səhifəsində ifadə edib.

“Ukraynalılar, artıq geri çəkilmək üçün sizə yer yoxdur. Əgər siz məhz indi qərarsızlıq göstərsəniz, bu kütləvi şəkildə qan tökülməsinə gətirib çıxaracaq. Sizin geri çəkilməyiniz əvvəlcə Ukraynanın sənaye bölgəsi və dənizə çıxışının, yəni iqtisadi perspektivin, daha sonra dövlət quruluşunun itirilməsi ilə nəticələnə bilər”, - Saakaşvili yazıb.

Sabiq prezidenti bildirib ki, Putin hər keçən gün Ukraynaya tammiqyaslı müdaxilə şansını itirir: “Baxmayaraq ki, Rusiya müdaxiləsi faktiki olaraq baş verib. Hərbi vertolyotları vuran xüsusi təyinatlı dəstə Rusiyanın müdaxiləsidir, minaatanlardan atəş Rusiya müdaxiləsidir. Heç bir dinc vətəndaş minaatandan istifadə edə bilmir, mülki əhali tanklar və zirehli maşınları idarə edə bilmir. Yəni, Rusiyanın müdaxiləsi artıq de-fakto var. Amma raketlər, təyyarələr və tanklardan istifadə etməklə genişmiqyaslı müdaxilə üçün Putinin şansı yoxdur”.

Ukrayna xalqını hakimiyyəti dəstəkləməyə çağıran M.Saakaşvili Rusiya prezidentinin reytinqini temperaturun qalxıb-düşməsi ilə müqayisə edib. O, Ukrayna hadisələri ilə bağlı Putinin ölkədə reytinqinin yüksəlməsini müvəqqəti olduğunu qeyd edib: “Putinin reytinqinin yüksəlməsindən təəccüblənmək lazım deyil. Beyinlərin yuyulması qısamüddətli xarakter daşıyır. İndi Rusiya əhalisinin 80 faizi onu dəstəkləyir. 2008-ci ildə isə 85 faiz dəstəkləyirdi. İki il sonra onun reytinqi 35 faizə qədər düşdü. Müharibə zamanı hamı təcavüzkarın hərəkətlərini dəstəkləyir. Bu adi haldır. Amma reytinq temperatur kimi qalxır, daha sonra düşür”.

Gürcüstanın sabiq prezidenti Ukraynanı Rusiya ilə istənilən razılaşmaların imzalanması zamanı ehtiyatlı olmağa çağırıb.

“Danışıqlar zamanı çox ehtiyatlı olmaq lazımdır. Rusiya hər dəfə imzalamadan sonra beynəlxalq alətlərdən istifadə edir. Rusiya heç nəyi elə-belə imzalamır, hər dəfə bunun arxasında nəsə dayanır”, - o, qeyd edib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR