Məhkəmə baş naziri işdən çıxardı
Bizi izləyin

Dünya

Məhkəmə baş naziri işdən çıxardı

Məhkəmə baş naziri işdən çıxardı

Taylandın Konstitusiya Məhkəməsi ölkənin baş naziri Yinqlak Çinavatın tutduğu vəzifədən azad edilməsi barədə qərar qəbul edib.

Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.


Çinavatın vəzifəsindən azad olunmasına səbəb onun vəzifəsindən sui istifadə edərək 2011-ci ildə Milli Təhlükəsizlik Şurasının katibi Txavin Pliensirini vəzifəsindən uzaqlaşdırmasıdır.


Məhkəmə iddiaçıların fikri ilə razılışıb. Belə ki, bir qrup senatorun fikrincə, Pliensirinin işdən azad olunmasından Çinavat öz məqsədləri üçün istifadə edib. O, bundan sonra öz qohumunu Bankokun polis idarəsinə rəhbər təyin edib. Məhkəmə Çinavatın hərəkətinin ölkə Konstitusiyasına zidd olduğunu bildirib.

Ekspertlərin fikrincə, məhkəmənin bu qərarı ölkədə siyasi gərginliyin yenidən artması ilə nəticələnə bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm