Sarkisyan üçün son şans: Ənənəvi müttəfiq də İrəvandan üz döndərə bilər
Bizi izləyin

Dünya

Sarkisyan üçün son şans: Ənənəvi müttəfiq də İrəvandan üz döndərə bilər

Sarkisyan üçün son şans: Ənənəvi müttəfiq də İrəvandan üz döndərə bilər

Fransa prezidenti Fransua Olland 12-13 May tarixinə nəzərdə tutulan regional səfər çərçivəsində Ermənistanda da olacaq. Səfər öncəsi Ollandın məsləhətçisi Pol Jan-Ortiz İrəvana xəbərdarlıq sayıla biləcək bir açıqlama verib.

Publika.az – ın “Lragir” qəzetinə istinadən verdiyi məlumata görə, Fransa prezidentinin məsləhətçisi “Fransa prezidenti son geosiyasi inkişafların kontekstində Ermənistandan müsbət siqnal görmək istəyərdi” deyib.

Fransalı rəsmi həmçinin qeyd edib ki, ölkəsi Ermənistanın müasirləşməsi və dünyaya açılmasına yardım etmək niyyətindədir. Ermənistanın üzv olmağa razılıq verdiyi Gömrük Şurasında müasirləşmədən danışmağın ən azından sadəlövhlük olduğunu yazan erməni nəşri Ukrayna hadisələrindən sonra İrəvanın Moskva ilə birlikdə beynəlxalq birlikdən təcrid edildiyini qeyd edib.

F.Olland Ermənistanı dünyaya açmaq niyyətindədir. Ermənistan isə hazırda əks istiqamətdə hərəkət edir. Bu vəziyyətdə Olland İrəvana nə təklif etmək niyyətindədir?

“Lragir” hesab edir ki, Fransanın Ermənistan iqtisadiyyatına qoyacağı investisiyalar iqtisadi inkişafa təkan verə bilər. Amma qəzet qeyd edir ki, erməni iqtisadiyyatı kriminal-oliqarxiya xarakterli olduğundan bu inkişafa imkan vermir.

Fransız prezidentinin məsləhətçisi həmçinin bildirib ki, Olland Ermənistanda “Karfur” şirkətinin ilk supermarketinin açılışında iştirak edəcək. Şirkət Ermənistanda 11 supermarket açmaq niyyətindədir. Amma Ermənistanda “Karfur” supermarketlərinin kriminal-oliqarxiya strukturunun bir hissəsinn olacağı barədə narahatlıq var. Məlumatlara görə, maliyyə naziri Qaqik Xaçaturyan şirkətin şərikidir.

Fransa investisiyasının Ermənistan iqtisadiyyatı üçün çox əhəmiyyətli olduğunu bildirən “Lragir” eyni zamanda Fransa-Ermənistan iqtisadi münasibətlərinin rəsmi İrəvanın iradəsindən asılı olmadığını qeyd edir: “Bu vəziyyətdə Fransa prezidenti Ermənistandan “pozitiv siqnal” ala bilməsə, onu “hədələyə” bilər. Başqa sözlə, Ollland Sarkisyana son şans vermək üçün İrəvana gəlir. Söhbət hansı “pozitiv siqnallar”dan gedə bilər? Əlverişli investisiya mühiti, Rusiyanın asılılığından çıxmaq barədə Ermənistan rəhbərliyinin siyasi qərarı və sərbəst xarici siyasətlə məşğul olmaq? Serj Sarkisyanın 3 Sentyabr bəyanatından sonra Olland onu Fransaya dəvət etdi. Hərçənd, 2012-ci ildə Ollandın 2013-cü ildə Ermənistana səfəri edəcəyi bildirilmişdi. Amma Ollland Ermənistana gəlmədi, Sarkisyanı Fransada dinləmək istədi. Mümkündür ki, qarşıdakı səfərdə Fransa prezidenti Serj Sarkisyandan dəqiq cavabı və “pozitiv siqnalı” eşitmək istəyəcək”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm