Camaatla CHP yaxınlaşır - Fətullah Güləndən ilk müsahibə
Bizi izləyin

Dünya

Camaatla CHP yaxınlaşır - Fətullah Güləndən ilk müsahibə

Anti-demokrat hərəkətləri tənqid etdik və bunlara qarşı çıxdıq. Misal üçün, 2005-ci ildə terror cinayətlərini genişlədəcək və azadlıqları riskə atacağı üçün anti-terror qərarını pislədik.

Türkiyədə 17 dekabr olaylarından sonra camaatın dini lideri Fətullah Gülən ilk dəfə mediaya müsahibə verib. Publika.Az F. Gülənin “The Wall Street Journal”-a verdiyi müsahibəni təqdim edir.

- Baş nazir son zamanlar sizə və Xidmət təşkilatına qarşı tez-tez hücuma keçdi. Artıq AKP ilə ittifaqınız tamamilə sona çatdı?

-Əgər bir ittifaqdan bəhs ediləcəksə, bu, demokratiya, insan haqları və azadlıqların ətrafında olur, siyasi partiya və ya namizədlər üçün olmaz. 2010-cu ildəki konstitusiya referendumunda Avropa Birliyinə üzvlük şərtlərinə paralel olaraq həyata keçirilən islahatlar daha öncə CHP etsəydi, onları dəstəkləyəcəyimi söyləmişdim.
Xidmət üzvləri də daxil olmaqla türk xalqının böyük kəsimi demokratikləşdiermə islahatları həyata keçirdiyi, ordunun siyasətçilər üzərindəki təsirinə son qoyduğu və Türkiyəni AB-yə daxil olmaq mərhələsində qabağa apardığı üçün AKP-ni dəstəklədi. Doğru olduğuna inandığımız və demokratik ölkələrlə paraleldə olan şeyləri hər zaman dəstəklədik. Amma eyni zamanda yanlış olaraq gördüyümüz və bu ölkələrə tərs olan şeyləri tənqid etdik. Dəyərlərimiz və mövqeyimiz dəyişmədi. Demokratiyanın müdafiəçiləri olmağa davam edəcəyik. Siyasi aktorların əvvəlki mövqelərinə uyğun mövqeyi və işləri ilə bağlı qərarı türk xalqı və tərəfsiz müşahidəçilər tərəfindən verilməlidir.

-Ərdoğanla 10 illik bir ittifaq qurdunuz. Liderliyi dövründə sizi ən çox incidən şey nə oldu?

-Təkrara dəqiqləşdirək, ittifaqdan bəhs ediləcəksə, bu dəyərlər və ölkələr ətrafında olur. AKP hakimiyyəti boyunca demokratikləşmə islahatlarını dəstəklədik. Anti-demokrat hərəkətləri tənqid etdik və bunlara qarşı çıxdıq. Misal üçün, 2005-ci ildə terror cinayətlərini genişlədəcək və azadlıqları riskə atacağı üçün anti-terror qərarını pislədik.

2003 və 2010-cu ildə ümumi vəziyyət demokratik islahatlara yönəlik oldu və türk xalqının böyük kəsimi bu islahatları dəstəklədi. 2010-cu ildəki konstitusiya referendumunda 58 faiz səs “bəli” olması buna sübutdur. Bundan başqa Türkiyə ötən 15 ildə iqtisadi və demokratik alması irəliləyişə nail olub.
Bu demokratikləşmə islahatlarının davam etməsini istəyərdik. 2010-cı ildəki konstitusiya dəyişiklərini “yaxşı ancaq yetərli deyil” sloqanı ilə dəstəkləyən türk xalqı keçə son iki il içində demokratik irəliləmənin tərsinə getməsindən narahatdır. Yeni, sivil və demokratik bir konstitusiya demokratik inkişafı yaxşılaşdıracaq və Türkiyəni AB-nin demokratik dəyərlərinə bağlayacaq. Təəssüf ki, bu cəhdlər hazırda edilmir.

-Baş nazirin polisdəki rəhbər dəyişikliklərini necə dəyərləndirirsiniz?

-Polis gücünün üzvləri və ya hökumətin digər üzvləri ölkənin qanunları, yaxud da qurumların qaydalarını pozarsa heç kim bu tərz hərəkətləri müdafiə etməz və bu hərəkətlər qanun və təşkilati istintaqa cəlb edilməlidir. Lakin bu adamlar qanundan kənar bir şey etməyiblərsə və qurumların qaydalarını pozmayıblarsa və sadəcə sahib olduqlarını dünya görüşləri və ya meylləri səbəbindən ayrı-seçkiliyə məruz qalırlarsa bu tərz davranışlar demokratiyaya, qanunlara və insan haqlarına ziddir.
sahib olduqları ideologiya və dünya görüşləri, duyduqları simpatiya səbəbindən adamların yerlərini dəyişdirmək indiki iqtidar partiyasının keçmişdə seçkilər öncəsi son verəcəyi ilə bağlı verdiyi vədlərdir. Bir neçə ay öncəyə qədər qəhrəman olaraq alqışlanan məhkəmə və polis gücü üzvlərinin istintaq edilmədən qışın ortasında yerlərini dəyişdirmək də ironik bir vəziyyətdir.

-Xidmət təşkilatının tələbələrini polis və məhkəmədə karyera qurmaq istəyinə sövq edən səbəb nədir?

-Əvvəlcə sualda düzəliş edək. Yalnız şəxsi müdafiəm ilə bağlı danışa bilərəm və bu müdafiəm ümumi olaraq bütün türk xalqınmı əhatə edir. Cəmiyyət üçün sağlam tellər düzəltmək və şəxsiyyətlər yetişdirmək üçün ən yaxşı yolun hər zaman təhsil olduğuna inandım. Hər sosial problem şəxsiyyətdən başlayır və uzun müddətdə şəxsiyyət səviyyəsində həll edilir. Şəxsiyyətlər laqeydlik göstərəndə sistematik, təşkilati və siyasi həll yolları bacarıqsız olmağa məhkumdur. Bu səbəblə mənim ilk və ən birinci təhsilin tərəfindəyəm.
Buna görə də mənimlə eyni düşüncələrə sahib olanlar yurdlar, hazırlıq kursları, özəl məktəblər və ödənişsiz özəl təhsil mərkəzləri yaradırlar. Bu təşkilatlar cəmiyyətin geniş kəsiminin keyfiyyətli təhsil almasını təmin edir ki, indiyə qədər keyfiyyətli təhsil almaq imkanı bir neçə şəxsə məxsus idi.
Türk xalqının, cəmiyyətinin bütün kəsimləri və ölkənin bütün qurumları içində təmsil olunmağı təşviq etdim. Çünki bu qurumların cəmiyyətdəki müxtəlifliyi əks etdirməsi önəmlidir. Lakin tələbələr və ailələr tərəfindən edilən seçimlər bir çox faktora görə şəkillənir. Bu faktorlar içindəki məşğulluq məsələsi və karyerada yüksəlmək ehtimalları üstün tutulur. Mənim müdafiə etdiklərimin bu ailələrin dəyərləndirdiyi bu faktor olaraq nə qədər təsirli olduğuna əmin deyiləm.
Xidmət üzvləri tərəfindən açılan qurumlara gəlincə, məzunların karyera seçimləri ilə bağlı tam bir reallaşdırmağa sahib deyiləm. Ancaq düşündüyünüzün əksinə bəhs etdiyimiz sahələrdə-polis və ya məhkəmə-kariyera qurmağı düşünən tələbələr üçün potensial səbəb, bu qurumlardan məzun olduqları üçün tarix boyunca ayrı-seçkiliyə məruz qalmaları ola bilər.

-Hökumət dövlət çevrilişi planlamaqda ittiham olunana əsgərlərin məhkəmə qərarlarını yenidən gözdən keçirə biləcəyini açıqlayıb. Tərəfdarlarınıza qarşı yeni bir ittifaq qurduqlarından narahat deyilsiniz? Buna qarşı strategiyanız nədir?

- Qanunla müəyyən olunmuş vaxt çərçivəsində, yeni dəlillər və ya yanlış olduğu ilə bağlı sübutların ortaya çıxdığı vəziyyətdə yenidən mühakimə edilmək insan haqqıdır. Yeni dəlillər ortaya çıxarsa və ya qanunla verilmiş cəzanın qüsurlu olduğu anlaşılarsa yenidən mühakimə edilmək qanunla müəyyən olunmuş hüquqdur. Heç kim məsum bir insanın haqsız yerə cəzalandırılmasını istəməz.

Ancaq niyyət minlərlə məhkəmənin hökmlərini tamamilə ləğv etməkdirsə, bu tərz davranış məhkəmə sisteminin etibarlılığına zərər verməklə yanaşı, son on ildə əldə edilmiş demokratik inkişafa da ziddir. Belə bir hərəkəti türk tarixində ilk dəfə çevriliş cəhdində olanların sivil məhkəmədə mühakimə edilməsini təmin edən 2010-cu il konstitusiyasına “bəli” demiş xalqın 58 faizinə də açıqlamaq çətin olar. Eyni zamanda illərlə bu məhkəmələri demokratiyanın bir zəfəri olaraq təqdim edən və bu mühakimələrdə yer alan prokuror və hakimləri alqışlayan indiki hökumət də gülünc vəziyyətə düşər. Ordu idarəçiliyini sivil nüfuz qarşısında boyun əydirdikləri üçün siyasi liderlərin öyündüyü barədə də xəbərlər yayıldı. Bu məhkəmələrin doğru qərarlar vermədiyini və bir qrupa bağlı olduğunu iddia edən siyasi liderlər on illik idarəçilikləri boyunca dediklərinə tamamilə təzaddır. Burada bir səmimiyyətsizlik var. KCP/PKK təşkilatlarının terror aktlarında kəşfiyyat üzvlərinin qatılması ilə bağlı bir prokurorun Milli İstihbarat Təşkilatı sədrini istintaqa cəlb etməsinin ardınca çıxarılan bir qanunla sədrlə bağlı istintaq üçün Baş nazirin icazəsinin alınması ortaya atıldı. Hər nə qədər iqtidar partiyasının buna gücü çatsa da, ittiham olunan qərargah rəisi və ya ordu komandirlərinə eyni müdafiəsi üçün qanunu dəyişmədilər. Bu uyğunsuzluq əsgərlərin yenidən mühakimə edilməsi ilə bağlı ədaləti təmin etməkdən çox siyasi motivasiya olduğunu göstərir.
Əgər tətbiq edilərsə, bu hərəkət son on ildəki demokratik islahatlara zərbə endirmək olar. Demokratik qurumlar üzərində ordu təsirinin qaldırılması üçün atılan addımlarda dramatik bir dönüş olar. türk tarixində yarım yüz il içində seçilmişı dörd hökumətə əsgər müdaxiləsi ilə son qoyuldu.

-Hökumət Ergenokonda olduğundan fərqli olaraq Koçdan Doğana qədər bir qisim biznesmenleri hədəfə aldı, vergi cəzaları ilə vurdu. Son proseslərin işığında Xidmət tərəfdarlarının rəhbərlik etdiyi firmalara yönəlik təhdid görürsünüzmü?

-Yayılan xəbərlərə baxdığımda dediyiniz məsələnin təhlükə olmaqdan çıxıb bir reallığa döndüyünü öyrənirəm. Koza qrup, İstikbal qrup və Asiya Bankı. Müxtəlif yoxlamalarla, cəzalarla, verilmiş icazələrin ləğvi ilə hədəfə alınıb. Asiya Bankda yaşanan nəhəng fond çıxışları iqtidar partiyasına yaxın xəbər kanallarının mənfi imic yaratmaq məqsədi daşıyan xəbər kampaniyalarından sonra reallaşdı.

-Prezident Gül mühafizəkarlardan liberallara və Xidmət təşkilatına qədər fərqli kəsimləri bir yerə toplaya biləcək lider kimi görünür. Gül liderliyindəki bir AKP-ni dəstəkləyərdiniz, yoxsa prezident olaraq ölkəyə daha çox kömək edə biləcəyini düşünürsünüz? Ərdoğan ilə müqayisə edildiyində Güldə daha müsbət bir tərəf tapa bilirsiniz?

-Hər zaman bütün siyasi partiyalara eyni yaxınlığı göstərməyə çalışdıq. Bir ictimai hərəkat olaraq heç vaxt bir partiyanı, yaxud namizədi dətəkləmədik. Lakin Xidmət içində fərdlər bəzi partiyaları öz inanclarına və dəyərlərinə daha yaxın görərək öz azad iradələri ilə onları dəstəklədi. Gül hazırda bizim prezidentimizdir. Adının yer aldığı gələcəkdəki ssenarilər ilə bağlı spekulyasiyalar etmək doğru olmaz.

-Media içində bir çox dəstəkçiniz son həftələrdə CHP ilə bağlı daha pozitiv yanaşma sərgiləyir. Gələcək seçimlərdə CHP və Xidmət arasında bir ittifaq ola bilərmi?

-Bir siyasi partiya və ya namizədlə ittifaq qurmadıq. Dəstəyimiz ya da tənqidimiz hər zaman dəyərlər ətrafında olur. Bu tərz bir ittifaq gələcəkdə də olmayacaq. Bir ictimai təşkilat aktoru olaraq cəmiyyətdəki hər kəsə açıq olmaq məcburiyyətindəyik. Lakin dəyərlərimiz konkretdir. Demokratiya, universal insan haqları və azadlıqlar, şəffaf və məsuliyyətli hökumətlər bu dəyərlərimi arasındadır.

Fürsət düşdükdə Xidmət üzvləri digər vətəndaşları kimi dəyərləri çərçivəsində qərarlarını verəcəkdir. Təməl dəyərləri bölüşən insanların edəcəyi seçimlər eyni cizgidə ola bilər.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm