• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Referendumun “nəticələri” hazırdır – Təxribat (Video)

  • Dünya
  • 7 May 2014 14:47
  • 367 Baxış
Referendumun “nəticələri” hazırdır – Təxribat (Video)

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiyanın “Donetsk Xalq Respublikası” ilə bağlı təxribatının üstünü açıb.

Publika.az – ın unian.net saytına istinadən verdiyi məlumata görə, Rusiya Donetsk vilayətinin müstəqilliyi ilə bağlı keçirilməsi nəzərdə tutulan referendumun nəticələrini əvvəlcədən hazırlayıb.

UTX Rusiyanın təxribatını sübut edəcək səs qeydini yayıb.

“Seperatçılar 11 Mayda keçiriləcək referendumun uğurla keçirilməsi üçün Rusiya hərbçilərindən dəstək verməyi xahiş edir. Amma Barkaşov (Moskvadakı adı çəkilməyən bir təşkilatın rəhbəri) referendumun nəticələrinin 100 faiz saxtalaşdırmağı təklif edir”, - UTX bildirir .

Açıqlamada qeyd olunur ki, Ukraynanın şərq ərazilərində referendumun keçirilməsi üzrə tədbirlərin Rusiya tərəfindən koordinasiya olunduğunu göstərən təkzibedilməz sübutlar əldə edilib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR