Türk admiral: “İsrail ilə müharibə edəcəkdik” – Şok etiraflar
Bizi izləyin

Dünya

Türk admiral: “İsrail ilə müharibə edəcəkdik” – Şok etiraflar

Türkiyə Hərbi Dəniz Qüvvələrinin keçmiş admiralı Nüsrət Günər Mavi Mərmərə böhranı zamanı baş verənlərdən danışıb.

Publika.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mavi Mərmərə basqınından saatlar əvvəl , 2010-cu ilin 30 may tarixində PKK İskəndərunda Dəniz Tədarük Komandirliyinə raket zərbəsi endirib. Həmin hücumda 6 əsgər şəhid olub. Həmin gün baş nazir R.T.Ərdoğan Ali Baş Qərargah rəisi İlkər Başbuğ və Hərbi dəniz Qüvvələrinin komandanı Uğur İgid rəsmi səfərdə olublar.

Həmin gecənin səhəri günü saat 07:30-da Baş Nazirliyin binasında fövqəladə iclas keçirilib. Toplantıya Bülənt Arınc, daxili işlər naziri Bəşir Atalay, baş nazir məsləhətçisi Əfqan Ala, Ali Baş Qərargah Hərəkat başçısı general-leytenant Məhmət Əröz və admiral Nüsrət Günər də qatılıb.

“İsraillə toqquşmaq an məsələsidir”

Günər toplantıda baş verənlərdən danışıb:

“Toplantıda “Mavi Mərmərə” gəmisinə bələdçilik və mühafizə mövzusundan söhbət düşdü. Hökumət adamları Hərbi Dəniz Qüvvələrinin buna hazır olub-olmadığını soruşdu. Mən də “Mavi Mərmərə”yə bələdçilik və mühafizə üçün hazırıq. Ancaq indiki vəziyyətdə İsrail ilə toqquşmağımız an məsələsidir. Öhdəlik qaydalarının yerinə yetirilmə səlahiyyəti Hərbi Dəniz Qüvvələrinə verilməlidir” dedim.

Hökumət adamları ““Mavi Mərmərə”yə bələdçilik və mühafizə üçün hərbi gəmilər göndərməyək ancaq mətbuata “hərbi gəmilərimizi göndərdik” deyə məlumat verək” dedilər.

Təklifi eşidən kimi şiddətlə qarşı çıxdım. Verdikləri təklif çox riskli idi. Gəmilərimizi göndərib, mətbuata göndərmədik desəydik daha az riskli idi”.

Xatırladaq ki, 2010-cu ilin 31 may tarixində Türkiyənin “Mavi Mərmərə” gəmisinə İsrail qüvvələri tərəfindən əməliyyat təşkil olunub. Nəticədə 9 nəfər öldürülüb, 60 nəfər yaralanıb.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm